Sözlərin sehrini göstərən...

Sözlərin sehrini göstərən...
Maraqlı məlumatlar
10.09.2017 11
Mənə
sevdiyin kitabları de, sənə kim olduğunu deyim. Axı kitablar insanın
daxili aləmiylə birbaşa əlaqələdir. Yazıçılar üçün isə bu dünyanın
açılması xüsusi əhəmiyyət kəsb edir. Yəqin elə buna görə də yazıçıların
bir çoxu onları ilhamlandıran kitabların siyahısını açıqlayırlar. Bu gün
isə sizə məşhur kolumbiyalı yazışı Gabriel Garcia Marquez’in siyahısını
təqdim edəcəyik. Məhz bu kitablar dahini ilhamlandırmışdı. Beləliklə, Marquez’in siyahısı ilə tanış olun:



Franz Kafka "Çevrilmə”: Bu
kitabı oxuduqdan sonra Marquez yazıçı olmağa qərar verir. O, adətən
yatmaq üçün kitab oxusa da, bu dəfə tamamilə fərqli şey baş verir.
Səhərə kimi kitabı oxuyan Marquez, səhər açılan kimi yazı stolunun
arxasına keçir. O, özü də bu haqda çox maraqla danışırdı: "Franz
Kafka’nın "Çevrilmə” əsəri mənim yeni həyat yolumu ilk misrasından bəlli
etdi. Yeni günüm yazı makinasının arxasında buna bənzər bir şey
yaratmağa çalışaraq başladı. Növbəti günlər ərzində mən universitetə
getmədim, qorxurdum ki, evdən çıxsam bu sehr itə bilər. Zəhmətimin
tərində gizlənən paxıllıq hissim bütün üzümü tutmuşdu.”



Digər kitablar

Thomas Mann "Sehrli Dağ”

Aleksandr Düma "Dəmir Maskalı Adam”

William Faulkner "Səs-küy və qəzəb”

William Faulkner "Ölüm yatağında”

William Faulkner "Vəhşi Palmalar”

Jorge Luis Borges "Əlif”

Ernest Hemingway "Hekayələr və üç şeir”

Aldous Huxley "Kontrapunkt”

Sofokl, "Tiran Edip”

John Steinbeck "Siçanlar və İnsanlar”

John Steinbeck "Qəzəb salxımı”

Virginia Woolf "Orlando”

James Joyce "Ulysses”

Herman Melville "Moby Dickскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!