10 məşhur şəxsiyyət haqqında maraqlı faktlar

10 məşhur şəxsiyyət haqqında maraqlı faktlar
Maraqlı məlumatlar
10.09.2017 28
10-cu yer: Araşdırmaları
ilə İsaak Nyutona ümumdünya ağırlıq nəzəriyyəsini kəşf etməkdə kömək
etmiş XVI əsr astronomu Tixo Braqe ona görə həyatını vaxtsız itirib ki,
vaxtında tualetə getməyib. Həmin dövrdə ziyafət bitənə qədər stolu tərk
etmək ev sahibinə ağır təhqir idi. Nəzakətli adam olan Braqe stoldan
qalxmağa icazə istəmir. Sidik kisəsi partlayır və 11 günlük əzabdan
sonra astronom vəfat edir.



9-cu yer: XVI əsrin dahi
dövlət xadimi və filosofu Frensis Bekon içalatı çıxarılmış toyuğun
içinə qar doldurduğu üçün vəfat edir. O fikirləşir ki, ətin saxlanılması
üçün duzun əvəzinə qar istifadə etmək olar və bu nəzəriyyəsini
yoxlamağa çalışır. Təcrübənin nəticəsində toyuq deyil Bekon özü donur.



8-ci yer: Fransız
kralının sifarişləri əsasında musiqilər yaradan, XVII əsr bəstəkarı
Jan-Batist Lyullini işinə olan sədaqəti öldürür. Bir dəfə keçiriləcək
konsertin məşqləri zamanı bəstəkar o qədər qızışır ki, əl ağacını möhkəm
yerə çırpır. Ağac ayağını əzir və bəstəkar qanının infeksiyaya
yoluxmasından vəfat edir.



7-ci yer: Məşhur
sehirbaz Harri Qudini pərəstişkarı qarnına yumruq vurandan sonra vəfat
edir. Qudini tez -tez insanlara necə dəmir əzələsi olduğunu sübut etmək
üçün onu yumruqlamağı təklif edirdi. Sehirbaz daxili orqanlarının
zədələnməsindən xəstəxanada keçinir.



6-cı yer: Ən çox satılan kitablardan olan "Qaçış haqqında
tam kitab" əsərinin müəllifi Cim Fiks 1970-ci illərdə asta qaçışı ən çox
arzulanan qaçış növü etməyi bacarır. Amma özü elə o asta qaçış zamanı
ürək tutmasından vəfat edir.



5-ci yer: Fransız
müğənnisi Klod Fransua içi su ilə dolu vannada dayanıb lampa dəyişdirmək
istəyərkən cərəyan vurmasından həyatını itirir.



4-cü yer: Dedektiv Allan Pinkerton səkidə ayağı büdrəyərkən dilini dişləyir və qanqrenadan ölür.



3-cü yer: ABŞ-ın 12-ci
prezidenti Zakri Teylor 1850-ci ilin 4 iyulunda, hava çox isti
olduğundan həddindən çox dondurma yeyir. Və beş gün sonra mədə
ağrısından həyatını itirir. O sadəcə 16 ay prezident ola bilir.



2-ci yer: Cek Daniel,
məşhur "JackDaniel's" viskisinin atası, ayağından aldığı travmadan düz
altı il sonra qanın infeksiyasından vəfat edir. O kodunu unutduğu
seyfinin qapısını təpikləyən vaxt barmağını sındırmışdı.



1-ci yer: Yunan filosofu Xrisipp sərxoş eşşəyinin əncir yeməsinə baxa-baxa gülməkdən ölüb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!