Xörək adlarının tarixcəsi

Xörək adlarının tarixcəsi
Maraqlı məlumatlar
10.09.2017 18
Sendviç

18-ci əsrdə yaşamış 4-cü Sendviç qrafı, ingilis zadəgan Monteqyu Con
tez-tez qulluqçusuna tapşırardı ki, aşbazının yağda qızartdığı əti ona
çörəyin arasında gətirsin. Kart oynayan zaman əllərini yağa bulaşmaqdan
qoruduğuna görə zadəgan bu məzəni çox sevərmiş. Monteqyu Con qraf
vəzifəsi daşıdığından onun sevdiyi məzə tezliklə məşhurlaşır və camaat
"Sendviçin xörəyi”ndən sifariş etməyə başlayır. Sonradan çörək arasında
ət parçası və tərəvəz olan bu yeməyə qrafın şərəfinə "Sendviç” adı
verilir.



Napaleon tortu

«Napaleon» tortunun adının mənşəyini Fransa imperatoru Bonapart
Napaleonla əlaqələndirənlər yanılırlar. Müxtəlif dillərdə "Napaleon”
adlanan bu çərəz əslində İtaliyanın Neapol şəhərində hazırlanan oxşar
şirniyyatın adından götürülüb. Sadəcə, fransız dilində "neapollu” kimi
tərcümə olunan "napolitain” kəlməsi başqa dillərə təhrif olunaraq keçir
və "Napaleon” şəklini alır.



Marqarita pizzası

1889-cu il iyunun 11-də İtaliya Kral sarayının nümayəndəsi yerli
pizzaçı Raffaele Espositodan kral I Umbertonun arvadı Marqaritanın
Kapodimente şəhərinə səfəri münasibətilə xüsusi pizza hazırlamasını
istəyir. Esposito Kraliça üçün üç ədəd fərqli pizza hazırlayır. Kraliça
pizzalardan İtaliyanın üç rəngli bayrağını özündə əks etdirən pomidorlu
(qırmızı), mozzarellolu (ağ) və reyhanlı (yaşıl) pizzanı bəyənir.
Esposito kəşf elədiyi pizzanı dərhal kraliça Marqaritanın şərəfinə
"Marqarita pizzası” adlandırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!