Vətən

Vətən
Maraqlı məlumatlar
10.09.2017 8
Vətən – doğma diyar, ana yurd... 

Vətən – babaların, dədələrin əmanəti...

Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...

Vətən
– bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının,
şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki,
ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.



Vətən
sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi
sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir,
çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu
torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu
torpaqlarda addımlayırlar.

Vətən
müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş,
qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda
canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər.



Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Dinimizin əmri, Uca Rəbbimizin razı qaldığı əməldir.

Rəvayətlərdən
birində "Vətəni sevmək Allaha imandandır” buyurulmuş, vətən sevgisinin
əhəmiyyəti ön plana çəkilmişdir. Qəlbində Allaha imanı olan hər bir
kəsin xalqına və vətəninə də sevgisi olacaqdır. 

Bir
hədisdə vətənini qorumağın əhəmiyyətini bildirən Həzrəti Peyğəmbərimiz
(s.ə.s) belə buyurmuşdur: "Sərhəd boyunca vətəni qoruyan gözləri
cəhənnəm atəşi yandırmayacaqdır, Allahın razılığı üçün vətən
sərhədlərini qoruyanlara isə daim savab yazılacaqdır.” 



İnsan
mənəviyyatını müəyyən edən, zənginləşdirən önəmli əxlaqi prinsiplərdən
biri də xalq və vətən sevgisidir. Nahaq yerə "ana vətən”sözü işlədilmir.
Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan
onun dəyərini artıran bu qəbildən vətən sevgisidir.

Hər
bir xalqın fərdi qəlbində millət, xalq və dövlət sevgisi daşıyır.
Vətən, yurd sevgisi bir tək insanlara məxsus deyil, yaradılan bütün
canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları
qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on
km-lərlə yolu qət edib geriyə vətənlərinə dönürlər. 

Vətəni
sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu
sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.



Xalqın,
millətin üzvü olmaq hansısa bir dildə danışmaq, hansısa bir dinə mənsub
olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın
mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır. 



Xalq
– müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə
deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni
qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir.Vətən qarşısında
eyni məsuliyyəti daşıyır. 

Quran-i
Kərimdə Allah Təala buyurur ki: "Müsəlman müsəlmanın qardaşıdır.” İnsan
qardaşına xəyanət etməz, onu utandırmaz. Bir müsəlmanın namusu, malı və
qanı başqa müsəlmana haramdır.



Azərbaycan dövlət rəmzləri (atributları)Vətənimizin atributları bizim üçün müqəddəsdir. 

Bayrağımız
qanımızı rənginə qatdığımız, xalqımzın parlayan ulduzu, göylərdə
dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub,
kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə
müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək
mümkundür. 



Vətən
gerbi dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı
simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət
gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü
qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir
qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə
çatdırır. Bizim heç kimin torpağında gözümüz yoxdur, başqaları da bizim
torpaqlara göz dikməməlidir. Əgər belə olarsa xalqımız bir qalxan kimi
vətənimizin müdafiəsinə qalxacaqdır.



Vətən
himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylası,
nənələrimizin ninnisidir. Himnimiz xalqımızın güc və güdrət nərəsidir.
Buna görə də himn oxunurkən hörmət əlaməti olaraq ayağa qalxılır, hamı
bərabər oxuyur. Onun verdiyi güc ilə başımız dikəlir. Himnimizin hər bir
misrası və hər bir kəliməsi qəhrəman ata – babalarımızın bizə misli
bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və
idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!