Nifrət zamanı geri qaytarmaz

Nifrət zamanı geri qaytarmaz
Maraqlı məlumatlar
10.09.2017 8
Insanları
bir-birilərindən uzaqlaşdıran bir çox amillər var: konfliktlər,
münaqişələr, kiçik mübahisələr, bu mübahisələrdən yaranan xoşagəlməz
situasiyalar və s. Bu hallarda insanda nə kimi hislər yaranar, insan nə
düşünər? Hər insanın bu situasiyalarda verəcəyi reaksiya, hadisələrə
yanaşma tərzi müxtəlifdir. Insanlar məxsus olduqları tiplərə,
yaşadıqları mühitə uyğun olaraq hər bir hadisəyə fərqli aspektdən
yanaşar, fərdi fikir bildirərlər. Lakin bəzi hallarda insanlar fikir
bildirmədən belə öz münasibətlərini göstərər, verəcəkləri reaksiyaları
yaşadıqları hislərlə nümayiş etdirərlər. Təbii ki, hislər də öz
növbəsində hadisələrə uyğun olaraq mənfi və müsbət olurlar. Müsbət
hislərin insana yaşatdıqları, insana bəxş edtikləri təbii ki, məlumdur.
Bəs mənfi hislər? İnsanların neqativ hadisələrə və bu hadisələr zamanı
ikrah hissi duyduqları insanlara qarşı keçirdikləri hislərdən biri
nifrətdir. Biz nə üçün nifrət edərik? Ümumiyyətlə, nifrət hissi bizə nə
verər və bizdən nələri alar?

Nifrət
bizim hislərimizi məhdudlaşdırar. Nifrət hissi bizi sevməyə, sevilməyə,
xoş hislər keçirməyə, müsbət düşünməyə imkan verməz. Buna səbəb
nifrətin bizim daxilimizdə özü ilə birgə yaratdığı neqativ hislərdir.

Nifrət
bizdə aqressiya yaradar. Bu hiss yalnız konfliktdə olduğumuz şəxsə
qarşı deyil, eyni zamanda ətraf insanlara qarşı da yönələr. İllərlə
nifrət hissi ilə yaşamağımız bizdə aqressiya formalaşdırar və hər kiçik
neqativ situasiyada aqressiyamız özünü biruzə verər. Hətta
yaxınlarımıza, sevdiklərimizə qarşı.

Nifrət
zamanı geri qaytarmaz. Biz insanlara nifrət etməklə nə zamanı geri
qaytara, nə də baş vermiş hadisələri dəyişmə imkanı əldə edərik. Nifrət
etmək bizə heç bir şey qazandırmaz. 

Nifrət
etməklə intiqam alınmaz. Bəzilərimiz kiməsə nifrət etməklə ondan
intiqam aldığımızı, ona "dərs” verdiyimizi düşünərik. Lakin nifrət hissi
bizim özümüzdən nələrisə alar: sevgini, pozitiv düşünməyi,
sevincimizi. 

Bu
hiss yaşamaq həvəsimizi öldürər. Bəzən düşünərik: niyə hamı kimi
yaşamağa həvəsli deyiləm? Bu suala cavab vermək üçün daxili aləmimizə,
hislərimizə nəzər salmalıyıq. Kiməsə nifrət edirikmi? əgər cavabımız
müsbətdirsə, o zaman bu hisdən uzaqlaşmağın vaxtıdır demək. Çünki nifrət
hissini yaşatmaqla özümüz bilmədən həyat sevgimizi öldürərik.

Antipatiya
və nifrəti eyniləşdirməyək. Bir çox hallarda qarşımızdakı insana nə
üçün nifrət etdiyimizi anlamırıq. Daima ona hansı səbəbdən nifrət
etdiyimizi düşünərik. Təbi ki, bir insanı hamı sevə bilməz və də əksinə,
biz hamını sevə bilmərik. Lakin kiməsə qarşı özümüz bilmədən yaranan
hər neqativ hissə nifrət deməyək. Çünki bu sadəcə antipatiya da ola
bilər. 

Nifrət
hissimizlə yaşadığımız həyatdan günlərimizi, aylarımızı, illərimizi
almayaq. Sevgi hissi bizi mənən rahatladar, nifrətimiz isə daha neqativ
hislər yaşamağımız üçün yollar açar. Seçim isə öz əlimizdədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!