Einsteinin hər birimiz kimi olan 4 xüsusiyyəti

Einsteinin hər birimiz kimi olan 4 xüsusiyyəti
Maraqlı məlumatlar
10.09.2017 32
Həyat
heç də asan deyil, xüsusilə də bir dahi üçün. Albert Einstein də
onlardan biridir. Bizim üçün nə qədər qəribə olsa da, onun da həyatında
müxtəlif çətinliklər olub, o da adi insanların qarşılaşdığı problemlərlə
üzbəüz qalıb.

Prinston
Universiteti məşhur fiziklərin müxtəlif işlərini dərc etdirmişdir.
Tərcümə və tarixi faktlara əsaslanan qeydlər əsasında hazırlanmış
"Rəqəmsal Eynstein” layihəsi dahinin ilk gənclik illəri barədə çoxsaylı
yeni və ətraflı məlumatlara çatmağa kömək edir. Kaliforniya Texnologiya
İnstitutunun tarixçisi və "Eynstein Məqalələri Layihəsi”nin direktoru
Diana Kormos-Buchwald, bu materialların 25 ildən artıq müddətdir ki,
diqqətli bir şəkildə seçilərək, qeydlər şəkildə təqdim olunduğunu
vurğulayır. Arxivlənmiş məktublar, dərs qeydləri və digər məqalələrdən
toplanan bir çox mənbə 20-ci əsrin ən böyük dahilərindən birinin
həyatının da bizim həyatlarımıza bənzədiyini meydana çıxarıb.

 

Arzuladığı işdən əl çəkmişdi

Universitet
professoru olmaq məsələsində yaşadığı məyusluqdan sonra, 1902-ci ildə
bir dostunun köməyi vasitəsilə İsveçrə Patent İdarəsinə tədqiqatçı
olaraq təyin edildi. Nyu-York Universitetinin tarixçisi Matt Stanley
deyir ki, "Onun yaxşı tələbə olmaması, böyük ölçüdə öz günahıydı.
Professorlara qarşı çox hörmətsizlik edir və onsuz da dərslərdən keçə
biləcəyini bildiyi üçün çox vaxt dərslərə gəlmirdi.”

Bu
hal sizə tanış gəlmir ki? Amma bu vəziyyət onu xəyallarının arxasınca
getməsindən çəkindirmədi. Massachusetts Texnologiya İnstitutundan
tarixçi David Kaiser qeyd edir ki, "Eynstein’in ailəsi elektronika
işləriylə məşğul idi, buna görə də patent idarəsi ona çox tanış olan bir
yer idi”. Yeni ixtiralarını daha da inkişaf etdirərək, bacarıqları çox
uğurlu bir şəkildə elmi işlərə çevirərək, 1905-ci ildə, məşhur E mc²
tənliyi və işığın sürəti üzərindəki digər işləriylə birlikdə Nobel
Mükafatına layiq görüldü.



Əylənməyi sevirdi

1915-ci
ildə dostu Conrad Habicht’ə göndərdiyi bir açıqcanın arxasına "İkimiz
də masanın altında sızmışdıq,” yazan alim, özü və xanımı Mileva Maric’i
nəzərdə tutardu. Stanley yazır: "Gənc Eynstein bizim bildiyimiz kimi
müdrikcə deyil, daha əyləncəli bir həyat sürürdü. Bir çox tələbənin
etdiyi kimi o da barlara gedir, lakin burda da yoldaşları ilə kosmos və
zaman haqqında söhbətlər edirdi.”

 

O da sevgi əzabı çəkib və boşanıb

1903-ci
ildə Eynstein fizik dostu Maric ilə evlənir. Maric bir il sonra bir qız
uşağı dünyaya gətirir. Tarixçilər bu uşağın övladlıq olaraq başqasına
verilmiş, ya da körpə ikən ölməsi ehtimalları üzərində hələ də baş
sındırırlar. 1912-ci ildən etibarən getdikcə bir-birinə yadlaşmağa
başlayan cütlük 1919-ci ildə boşanıb. Arxivlərdə olan, "Boşanma
Fərman”ının bir hissəsi kimi, Eynstein o zamanlar hələ də əlinə keçməmiş
olan Nobel Mükafatından qazandığı gəliri, uşaqlarına baxması üçün
keçmiş həyat yoldaşına verəcəyini qəbul edib.

Stanley
yazır: "Məktublardan belə başa düşürük ki, gənc Eynstein də sonradan
tanıdığımız Eynstein kimiydi: Qaydalara laqeyd yanaşırdı, bir az
üsyankar idi, öz yolunu özü çəkən və qadınlara qarşı zəiflik hiss edən
biri idi. Həyatında baş vermiş hadisələrdən bəzi dərslər alsa da, sevgi
məsələlərində daima çətinliklər yaşamışdı.” 1919-cu ildə qohumu Elsa ilə
evlənən alim, elə həmin ildə də ondan boşanmışdı.



Uşaqları ilə bağlı problemlər yaşayırdı

Einstein
oğullarına qarşı çox mehriban idi. Həyatı boyu onlara məktublar yazmış,
səyahətlərindən bəhs etmişdi. Uşaqlarına tez-tez məktəbdəki həyatları
barədə suallar verirdi. Eduard’ın həyatı xüsusilə 20 yaşında şizofreniya
diaqnozu qoyulmasıyla, faciəli bir dönüş nöqtəsinə gəlmişdi. Böyük oğlu
Hans Albert isə siyahıya alınmışdı; Maliyyə sənədləri araşdırılırmış və
1922-ci ildə Zurich Bankında olan hesabına haradan gəldiyi məlum
olmayan kütləvi pul ilə bağlı haqqında cinayət işi açılmışdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!