Həyat varsa...

Həyat varsa...
Maraqlı məlumatlar
10.09.2017 13
Eh... Həyat... Bizi güldürən həyat, ağladan həyat, öldürən həyat,
yaşadan həyat, sevincli-kədərli həyat, qovuşduran həyat, ayıran həyat...
Nələr çəkir insanlar, nələr, övlad üçün gözü yolda qalan analar,
pulsuzluqdan xəstə olan körpələr... Atılmış qocalar, pula möhtac olan
cavanlar, valideyn nəfəsinə həsrət qalan uşaqlar... Acılarla dolu
həyat.. Bir o körpəyə baxın, necə insanlara həsrətlə baxır, sanki nə isə
istəyir yaşamağı üçün, insanlardan imdad diləyir, amma nə faydası...
Lüks arabalar, ciblərdə kartlar, o barlar, bu barlar, yeyilib-içilən
restoranlar, oynanılan qumarlar, yalnız özlərindən başqa heç kimə xeyri
dəyməyən bu insanlar...



Eh həyat, çox böyük fərqlər var, ağlar gözlərlə gülən üzlər
arasında... Həyat, xoşbəxtliyin həsrətində olan qadından, işıqlı
dünyanın zülmətində qalan qadından, övlad üçün çalışan, susan, bir quru
çörəklə şiddətə dözən qadından, gözünün kədəri ürəyinə süzərək xəstə
olan qadından xəbərin varımı? Bu dünyada olanlardan,
doğrulardan-yalanlardan xəbərin varmı? Bir o anaya baxın, necə ağlayır,
nədir onu ağlamağa vadar edən? Övladının yaşamasına ümid bağlayan ana,
öz dərdini başqalarıyla dağlayan ana, üzmür əlini Allahından, üzmür
Tanrının mərhəmətindən. Göz önündən keçir xarici maşınlar, içində süslü
geyinmiş xanımlar, rüşvətlə qazanılan haram pullar, gülüşlər,
qəhqəhələr, edilən lağlar, altdan yuxarı baxışlar, gedilən səfərlər,
Londonlar, Parislər, ABŞ-lar... Eh həyat, hamının sonudur, qara baş
daşları, bunu dərk eləmir boş başları...



Çoxu mələk donunda olan şeytanlardır, həyatı məhv edən elə
insanlardı. Bu həyatda yaxşının dəyəri yox, pisin hörməti çox. Nə
edək?Hörmətimiz olsun deyə cibimizdə dollar gərək? Salamı pulla alaq,
yaddaşlarda dırnaq arası yaxşı qalaq, gərək onda hamımız əclaf olaq...
Həyatda doludur murdar insanlar, yaxşıları görməyən pislərə yaxşı deyən
yamanlar, atılan böhtanları, şərləri, edilən günahları, deyilən
yalanları, alınan rüşvətləri dananlar. Bunlar hamısı həyatın
həqiqətləri, gerçəkləri, əlbəttə çox şey var yazılası, yazdıqlarım
həyatın danılmaz İmzası!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!