Bədənimizə aid - 16 işarə

Bədənimizə aid - 16 işarə
Maraqlı məlumatlar
10.09.2017 18
Sağlam
həyat mövzusunda bir çox tədqiqatlar aparan King Collage Xəstəxanasının
Elmi Tədqiqat İnstitutunun araşdırmalarına rəhbərlik edən professor
Robert Wale, "Sadəcə barmaqlarımızın uzunluğu belə, sağlamlığımız
haqqında vacib məlumata sahib olmağımıza şərait yaradır. Siz də öz
orqanizminizlə bağlı önəmli detallara fikir verərək, sağlamlığınızı
qoruya bilərsiniz.”- deyir. Professor onu da əlavə edir ki,
"Orqanizminiz siz fərqinə varmasanız da, sağlamlığınızla bağlı vacib
xəbərdarlıqlar edir.” Professor Waleyə görə, dırnaqlardan gözlərə qədər,
doğulduğumuz çəkidən ovcumuzun içinə qədər orqanizmimizdəki hər bir şey
nəyinsə göstəricisidir.



Professorun "Həyatınız xilas edəcək 16 işarə” dediyi test aşağıdakı kimidir:



1. Dırnaqlar:

Dırnaqlarınıza
diqqətlə baxın. Əgər onların açıq göy və ya boz olduğunu görürsünüzsə,
bu ürək xəstəliyini göstəricisidir. Dırnaqlarınızın həddindən artıq
qalın olması, ya da üzərində ağ xırda ləkərlərin görünməsi nəfəs
almağınızda, hətta ağciyərinizdə problemdən xəbər verir.



2. Nəfəsinizə nəzarət edin:

Əgər
dəqiqədə 15 dəfə nəfəs alıb-veririrsinizsə, sağlam ciyərlərə sahib
olmağınız deməkdir. Yox əgər 25 dəfə nəfəs alıb-veririrsinizsə, o zaman
sağlamlığınıza diqqət etməlisiniz.



3. Gözlər: 

Güzgüdə
gözlərinizdən birinə baxın. Göz bəbəyinizin ətrafında ağ bir dairə
varsa xolestrolunuzun yüksək olduğu deməkdir. Bu eyni zamanda ürək
problemlərdən də xəbər verir.



4. Ovcunuzun içinə baxın: 

Ovuclarınızın içinə diqqətlə baxın. Əgər qırmızı və ləkəlidirsə - qaraciyər probleminizin olduğu deməkdir.



5. Yaddaş testi: 

Bir
qabın üzərinə hər hansı 10 əşyanı qoyun. Qaba sadəcə 10 saniyə baxın.
Neçə dənəsini xatırlaya bildiniz?... Yaxşı yaddaşınızın olması Alzheimer
xəstəliyinə tutulma riskinizin az oluğuna işarədir.



6. Əzələ testi: 

Arxası
üstə yerə uzanın. Ayaqlarınızı dümdüz uzadın. Bir ayağınızı havaya
qaldırın. Bir nəfər də yerdə olan ayağınızı tapdalasın. Əgər havada olan
ayağınız tez yerə düşürsə, demək əzələlərinizdə zəyiflik var.



7. Görmə qabiliyyəti: 

Gözünüzün
düz altında almacıq sümüyünün üstünə bir cədvəl yerləşdirin. Sonra
cədvəlin üstünə kredit kartı qoyun, kartı ən rahat oxuduğunuz uzaqlığı
ölçün. Nə qədər yaxına gəlirsə gəlsin kartı rahat oxuya bilirsinizsə,
demək gözləriniz sağlamdır.



8. Əlləriniz titrəyə bilərmi? 

Qollarınızı
yerə paralel şəkildə qarşınızdakı nə isə bir şeyə uzadırmış kimi
uzadın. Bu vəziyyətdə əllərinizə fikir verin. Əgər əlləriniz titrəyirsə,
onda gələcəkdə onların əsməsi mümkündür.



9. Düz yerimək: 

Yerə
bir metr uzunluğunda xətt çəkin. Əgər bu xəttin üstündə rahat yeriyə
bilirsinizsə bu, bədəninizin koordinasiyasının yaxşı olması deməkdir.



10. Doğulduğunuz çəki: 

Anadan
olduqda neçə kilo doğulduğunuzu öyrənin, 3 kilodan az doğulmusunuzsa
gələcəkdə ürək xəstəlikləri ilə qarşılaşa bilərsiniz.



11. Beliniz yoğundurmu? 

Bədəninizin
şəkli almaya bənzəyirsə, yəni artıq yağlarınız belinizin ətrafında
toplanıbsa, yenə də ürək xəstəliyi ilə qarşılaşmaq riskiniz çoxdur.



12. Ayaq yoluna tez-tez gedirsinizmi? 

Şəkərin ən erkən siqnallarından biri tez-tez ayaq yoluna getməkdir. İstənilən halda ayaq yoluna 3 saatda bir gedilməlidir.



13. Nəbz testi: 

Nəbziniz nə qədər yavaş döyünürsə, o qədər çox yaşayacaqsınız. Nəbziniz 70-dən aşağıdırsa sağlamsınız.



14.Dişlərinizi fırçalayın : 

Əgər dişləriniz qanayırsa, yenə də ürəyiniz təhlükədədir.



15. Barmaqlarınızın uzunluğu: 

Şəhadət və üzük taxılan barmaqları eyni uzunluqda olan insanların infakt keçirmək riski daha çoxdur.



16. Topuqlarınız: 

Baş
barmağınızla topuqlarınızın arxa hissəsinə basın. Əgər basdığınız
nöqtədə çox çuxur yaranırsa, onda ürək, ağciyər, böyrək problemləriniz
yarana bilər.

Bütün
bu qeyd edilənləri tətbiq edərək orqanizmimizi daha yaxından tanıya
bilərik. Ancaq nəticəyə gəlmək tezdir. Çünki istənilən halda düzgün
nəticə elmi cəhətdən sübut edilmiş müayinə metodları ilə əldə edilir.
Sağlamlığınızla bağlı hər hansı bir probleminiz varsa mütləq həkimə
müraciət edin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!