Bu əlamətlər varsa...

Bu əlamətlər varsa...
Maraqlı məlumatlar
10.09.2017 19
Ömür
insana Allah tərəfindən verilir və heç kəs nə qədər yaşayacağını
əvvəlcədən bilmir. Ancaq bəzi əlamətlər var ki, mütəxəssislər həmin
əlamətlərin ölümün siqnalı olduğu qənaətindədir. Cebhe.info xəbər verir
ki, amerikalı mütəxəssislərin uzun illər apardığı araşdırma göstərib ki,
yaşlı insanlar ölümdən bir müddət əvvəl iyləri bir-birindən
fərqləndirmək bacarığını itirir. İylərin fərqləndirilməsi üzrə
araşdırmada iştirak edən və iyləri fərqləndirməyən insanların 39 faizi 5
il müddətində vəfat edib. Normal olaraq iyləri bir-birindən ayıran
insanlar arasında isə ölüm faktı 5 il ərzində cəmi 10 faiz olub.
2005-2006 –cı illərdə həkimlər 3005 yaşlı amerikalıya müxtəlif qoxuları
fərqləndirmək üçün test verib. Araşdırmada iştirak edən şəxslər 57-85
yaş arasında olub. Onların nanə, balıq, apelsin, qızılgül və dəri iyini
bir-birindən fərqləndirmək bacarığı öyrənilib. Onlardan 78 faizi 5 iydən
4-nü bir-birindən fərqləndirib. 30 faizi isə ancaq 3 iyi ayırıb. 3,5
faiz iylərdən ancaq birinin nəyə məxsus olduğunu müəyyən edib. Daha
sonra isə həmin şəxslərin həyatı yenidən diqqətə alınıb. Məlum olub ki,
araşdırmada iştirak edən və bu müddət ərzində ölənlərin əksəriyyəi
iyləri bir-birindən fərqləndirməyən şəxslər olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!