Başqasının dərdinə şərik olmaq ömrü qısaldır?

Başqasının dərdinə şərik olmaq ömrü qısaldır?
Maraqlı məlumatlar
10.09.2017 9
Araşdırmalar nəticəsində  məlum olub ki, başqalarının yaşadığı çətinlikləri dinləmək kədərlənməklə bərabər, ömrü də qısaldır. 

türkiyəli psixoloq Cangül Tokmaktəpə başqasının problemini qəlbimizə çox yaxın buraxmamağı məsləhət görüb:

 

"Əlbəttə
ki, sevdiklərinin və yaxınlarının problemlərini dinləmək hər kəsin
borcudur. Hər birimiz bacardığımız qədər onların problemini həll etməyə
çalışır və öz tövsiyələrimizi veririk. Münasibətlərdə özünü qarşı
tərəfin yerinə qoymağı bacarmaq mühüm amildir. Ancaq bunu öz problemin
kimi mənimsənmək adama zərər verməyə başlayır. Bunun üçün başqasının
problemini qəlbimizə çox yaxın buraxmaq məsləhət deyil. Adətən,
yaxınının dərdini dinləyən insan ona yardımçı olmağa çalışıb əlindən
gələni edir. Lakin həmin şəxs problemin özünə aid olmadığını dərk etməli
və problemin məsuliyyətini öz üzərinə götürməli deyil.

İnsan
ətrafında daim stressə məruz qaldıqca, eşitdiyi bu problemlərdən
əziyyət çəkməyə başlayıb, özünü gərgin hiss edir. Bütün bu neqativlər
insanın həyat enerjisinə təsir göstərir, dolayısı ilə ömrün qısalmasına
da səbəb olur”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!