Böyük tufan: Nuhun gəmisinin sirri

Böyük tufan: Nuhun gəmisinin sirri
Maraqlı məlumatlar
10.09.2017 15
Belə
qəbul olunub ki, Bibliyada Böyük tufan haqqında yazılmış rəvayət
Mesopotamiya ərazisində baş vermiş təbii fəlakəti əks etdirir. Bu
tufanın planetar səviyyədə baş verməsi isə sadəcə şişirtmə ola bilər.
Əlbəttə, orası da aydındır ki, o regionun sakinləri üçün Mesopotamiya
elə bütün dünya demək idi. Bu kataklizm haqqında məlumatlar "Qilqameş
haqqında dastan”da yer alıb ki, bu da öz növbəsində Bibliya mətninin
prototipi hesab oluna bilər.

 

Universal mif

Müxtəlif
xalqların mif və rəvayətlərinə diqqət etsək, görərik ki, əslində, belə
deyil. Hələ C.Frezer özünün "Əhdi-ətiqdə folklor” (1918-ci il) adlı
əsərində göstərir ki, tufan haqqında miflər təkcə Yaxın Şərq xalqlarında
deyil, Avropa, Mərkəzi və Cənub-Şərqi Asiya, Polineziya xalqlarında, o
cümlədən, Amerika hindularında da mövcud olub.

 

Bu
miflər hamısı vahid süjet əsasında qurulub: Allah (və ya Allahlar)
günahlarına görə bəşəriyyəti məhv etmək istəyir, amma bədbəxtlik barədə
bir ailəni xəbərdar edir, o ailə də ilahi tapşırıqlı gəmi hazırlayaraq
xilas olur.

 

Frezerin
vaxtında 100-ə yaxın belə rəvayət vardı, indi isə onların sayı 150-ni
keçib. Bu rəvayətlərin yayılma arealı isə bütün dünyanı əhatə edir.

 

Bir-birindən
on minlərlə kilometr məsafədə yaşayan müxtəlif xalqlarda rast gəlinən
mifin ən universal xarakteri ondan ibarətdir ki, burada insanlığın
tarixi yaddaşında ilişib qalmış hansısa planetar səviyyəli fəlakətdən
söhbət gedir.

 

Tufan bütün izləri silir

Bütün
bunlar qeyri-iradi olaraq alimləri vadar edib ki, məlum mifin
yaranmasında hansı təbii kataklizmin baş verdiyini araşdırsınlar.
1920-ci illərdə Leonard Vulli və Stefan Lanqdon adlı iki arxeoloq birdən
guya Bibliya rəvayətini təsdiqləyən faktlar tapırlar. Bibliyada adı
keçən Ur şəhərinin 1929-cu ildə üzə çıxması zamanı Vulli iki qədim
mədəni lay aşkar edib. Bu qatlar 2,4 m dərinliyində lillə bir-birindən
ayrılırmış. Belə görünür ki, lilin tufan vaxtı əmələ gəlməsindən başqa
açıqlama yoxdur. Nineviyada aparılan qazıntılar zamanı isə 12 metr
qalınlığında lil qat aşkar olunur.

 

Ancaq
Vulli və Lanqdonun qazıb çıxardıqları qatların tarixinin müəyyən
edilməsi zamanı məlum olub ki, bunlar uyğun olaraq eramızdan əvvəl
təxminən 3500 və 3000-ci illərdə baş vermiş iki müxtəlif təbii
fəlakətlərin qalıntısıdır. Beləliklə aydın oldu ki, ən hündür evlərin
belə bir neçə metr su altında qalması ilə nəticələnən lokal tufanlar
İkiçayarasında tez-tez baş verirmiş.

 

Təəssüf
ki, bu tapıntılar teoloqları məmnun etmədi. Elə təkcə buna görə ki,
Bibliya xronologiyasına görə Ümumdünya tufanı eramızdan əvvəl 2014-cü
ildə baş verib. Əlavə edək ki, Bibliyaya inansaq, tufan vaxtı suyun
səviyyəsi ən yüksək dağlardan belə 15 dirsək, daha doğrusu 7,5 metr
yuxarı olub. Bu nöqteyi-nəzərdən yanaşsaq, 2,4 m qalınlığında lil qatı
aydındır ki, azdır.

 

Nəticədə
müasir teoloqlar belə bir fərziyyə irəli sürdülər ki, Bibliyada bəhs
olunan Böyük tufandan sonra insanların mövcud olması barədə heç bir iz
qalmalı deyildi. Çünki bayaq dediyimiz kimi, bu özü ilə lil gətirmiş adi
daşqın olmayıb. Belə ki, tufanın Bibliyadakı təsvirinə inansaq, həmin
ərəfədə şiddətli yağışlarla yanaşı, vulkan püskürmələri də baş verib,
zəlzələlər olub, nəticədə suyun temperaturu artıb. Maraqlıdır ki, suyun
qaynar olması ilə bağlı Bibliyada söylənilənlər hind rəvayətləri ilə də
üst-üstə düşür. Hindlilər iddia edirlər ki, o günlərdə okeanın suyu
qaynayırmış.

 

Bütün bunlardan belə bir sual doğur: axı Nuhun gəmisi necə idi? Bütün heyvanlardan bir cüt nümunə ora necə sığıb?

 

Nuhun gəmisi mühəndis gözü ilə

Bibliyaya
əsaslansaq, Nuh gəmi tikmək barədə əmri Allahdan alıb. Əmrə əsasən gəmi
qofer ağacından düzəldilməli, içəridən və bayırdan qətranla suvanmalı,
uzunluğu 300 dirsək, eni 50 dirsək, hündürlüyü 30 dirsək olmalı idi.
Qapısı yandan, gəmi özü də üç mərtəbə olmalı idi.

 

Dərhal
suallar yaranır. Nuhun tikintidə istifadə etdiyi qofer hansı ağacdır?
Bibliyanın başqa yerində bu ağacın adı çəkilmir. Bibliya isə deyir ki,
qofer Nuhun yaşadığı ərazidə bitirmiş. Bəzi alimlər deyir ki, bu, sidr
ağacının bir növüdür. Amma bu hipoteza təsdiq olunmayıb.

 

Davam
edək. Beləliklə gəminin ölçüləri olduqca dəqiq göstərilib. Əgər bir
dirsəyi 50 santimetrdən hesab etsək, o zaman gəminin uzunluğu 150, eni
25, hündürlüyü isə 15 metr olub, yəni gəmi xaricən yanaşı tikilmiş iki
beşmərtəbəli binanı xatırladır. Əgər Bibliyada bir dirsəyin 70 santimetr
olduğunu nəzərə alanlarla razılaşsaq, onda ölçülər daha nəhəng olacaq –
210x35x21 metr. Onda belə çıxır ki, bu gəmi o dövr üçün olduqca iri
olub. Bibliya məlumatlarında isə deyilir ki, onun tikintisində təkcə Nuh
və onun ailəsi iştirak edib.

 

Bibliya
əfsanəsinə inansaq, üçüncü mərtəbə Nuh və onun ailəsi, o cümlədən, qida
ehtiyatı üçün, ikinci mərtəbə heyvanlar, ən aşağı mərtəbə isə tullantı
üçün nəzərdə tutulub. İkinci mərtəbə qəfəslərə bölünübmüş. Belə görünür
ki, gəmiyə giriş də bu mərtəbədən imiş.

 

Əgər
kimsə düşünürsə ki, Nuhun gəmisi paralelepiped formasında olub,
yanılır. Orta əsrlərin məşhur Bibliya təfsirçisi Raşi yazırdı ki, gəmi
kəsilmiş piramidanı xatırladırdı. Aşağı bünövrəsinin sahəsi 300 dirsəyin
50 dirsəyə (150×25 metr), uyğun olaraq yuxarı hissənin ölçüsü 1
dirsəyin 1/6 dirsəyə (50×8.33 santimetr) olub. Raşi davam edir ki, məhz
bu forma suda rahat qalmağına kömək edib. Bibliyaya görə, gəmi
yuxarısından açılmış pəncərədən işıqlanırmış (Nuh bu pəncərədən əvvəlcə
qarğa, sonra göyərçin uçurdub ki, görsün su çəkilibmi). İstisna deyil
ki, gəminin yuxarısından açılmış belə pəncərələrin sayı çox olub.

 

Belə
bir tikili suda öz davamiyyətini qoruya bilərdimi? Nuhun gəmisinin
müxtəlif modellərini hazırlamış mühəndislər bu suala yekdilliklə cavab
verirlər: Sözsüz ki, hə! Doğrudur, onlar bunu da əlavə edirlər ki, gəmi
gərək bərabər yüklənə.

 

Yeri
gəlmişkən, Nuhun gəmisindəki mərtəbələrin sayı dəqiq deyil, bəlkə də
üçdən çox olub. Bütün hallarda Yer üzündəki bütün bitki və heyvanların
ora necə yerləşməsini və gəmidə bir il keçirməsini heç cür izah etmək
olmur.

 

Piramidaların daha bir sirri

 

Bibliya
rəvayəti Nuh, onun arvadı, üç oğlu və gəlinlərinin gəminin içindəki
gündəlik həyatını olduqca əhatəli təsvir edir. Belə ki, gəmidə olan
heyvanların bir hissəsi gündüz, digər hissəsi gecə həyatı yaşayırmış.
Onları vaxtında yemləmək üçün Nuhun ailəsi bütün il boyu demək olar ki,
yatmayıb. Qəribədir ki, onlar bu halda yorğunluq hiss etməyiblər.

 

Hətta
bir dəfə Nuh şirə gec yem verdiyi üçün heyvan onun üstünə atılıb və
ayağını yaralayıb. Bu yaradan sonra Nuh ömrü boyu axsayıb. Ümumilikdə
götürdükdə isə ilboyu gəmidə hətta yırtıcı heyvanlar belə aqressivliyini
itirib otyeyən heyvanlarla mehriban yaşayırmışlar.

 

Nəhayət,
gəmidəki qida ehtiyatı xarab olmayıb, toxum və tinglər isə təzə qalıb.
Görünür, bu möcüzənin izahını gəminin formasında axtarmaq lazımdır.

 

Piramidal
formanın içinə yerləşdirilmiş insan, heyvan və bitkilərin üzərində
aparılmış çoxsaylı eksperimentlər təsdiqləyir ki, piramidanın içində
vaxt "başqa cür” axır. Belə halda insan qeyri-adi şəkildə gümrah olur,
aydın düşünür, əhvalı yaxşı olur. Piramidaya yerləşdirilmiş bitki
toxumları əlavə şərtlər olmadan həqiqətən də olduqca uzun müddət
saxlanıla bilir.

 

Düzdür,
bütün bu araşdırmalarda söhbət düzgün piramidalardan gedir. Bəs kim
deyə bilər ki, bu qanunlar "düzgün” olmayan piramidanın içində də baş
vermir?

 

Nəhayət,
mistiklər iddia edirlər ki, nuhun gəmisi bayıra nisbətən içəridən daha
böyük olub. Bu da Nuha o qədər heyvan növünü yerləşdirmək imkanı verib.

 

Buna
inanıb-inanmamaq oxucunun öz işidir, amma qeyd edək ki, Bibliyaya
əsaslansaq, oxşar "məkan oyunları” qədim dövrün daha bir unikal
tikilisində müşahidə olunub – ilk Yerusəlim məbədində.

 

Nəhayət,
mistiklərin daha bir iddiasını xatırlatmaq lazımdır: Böyük tufan zamanı
Nuhun gəmisi "Yerdən kənar” bir yerə aparılıb. Bunu müxtəlif cür
anlamaq olar. Belə ehtimal etmək olar ki, gəmi Kabbala kitabı olan
Zoarda bəhs olunan hansısa paralel dünyaya köçürülüb. Amma ufoloqların
izi ilə gedərək belə ehtimal da irəli sürmək olar ki, Nuhun gəmisi
çoxpilləli raket olub və müasir insanın ümumi əcdadı qlobal fəlakətin
bitməsini kosmosda gözləyib.

 

Bir
sözlə Böyük tufan və Nuhun gəmisi ilə bağlı açılmamış sirlər hələ
çoxdur və deməli onların izahı üçün ehtimallar da olduqca çoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!