Ya arzularının arxasınca gedirsən, ya da olanları qəbul etməyi bacarırsan

Ya arzularının arxasınca gedirsən, ya da olanları qəbul etməyi bacarırsan
Maraqlı məlumatlar
10.09.2017 16
Amerikalı
yazıçı və şair Charles Bukowski əsərlərində daha çox cəmiyyətdən uzaq
olan insanları, depressiyanı və alkoqolizmlər əlaqəli mövzuları maraqlı
üsullarla təqdim etməsiylə insanların sevimlisinə çevrilmişdir. O,
hamının nümunə göstərdiyi qaydalara uyan, bir sözlə nümunəvi insan
deyildi. Bukovski yazdıqlarını həm də yaşayan insan idi, daha doğrusu
yaşadıqlarını yazırdı. Buna görə də, onun əsərlərində bəzi şeylərlə
razılaşmasanız da, səmimiyyəti sizi heyran edir və beləliklə də yazı
tərzinə vurulursunuz.

Qadınlar.Biz bu gün sizə sözü birbaşa deməyi xoşlayan yazıçıdan elə birbaşa sitatları da təqdim etmək qərarına gəldi:



1. Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Lakin bunların ortasında bir yerdəsənsə, məndən uzaq ol.

2.
Ya arzularının arxasınca gedirsən, ya da olanları qəbul etməyi
bacarırsan. "Yaxşı ki”lərinlə güclənir,  "kaş ki”lərinlə tükənirsən!
Qərar sənindir.

3. Əgər iki insan arasında seçim etməlisinizsə, ikincini seçin. Çünki, birincini həqiqətən sevsəydiniz, ikinci olmazdı.

4. İnsanların mənim haqqımda nə düşündükləriə fikir verməyərək, həyatımı təxminən 10 il uzatdım.

5. İnsanlara nifrət etmirəm. Sadəcə onlar ətrafımda olmadıqda, özümü daha yaxşı hiss edirəm.

6. Onu sənə etdiyi şeylərə görə bağışlaya bilərsən. Ən çətini onu bağışladığına görə özünü bağışlamağındır.

7. Ruhunuzu itirdiyinizi dərk etməyə başlamısınızsa, deməli hələ də itirilməyən bir ruhunuz var.

8. Dünyanın
ən saf və sadəlövh insanı olduğunu iddia edən insanlar, əslində şeytan
üçün məsləhətçilik edəcək ağıldadırlar. Bunu unutmayın.

9. Dünyanın ən böyük problemi ağıllı insanlar şübhələr içində boğulduğu halda, axmaqların özlərinə inamının hədsiz olmasındadır.

10. Ən böyük kədər başqalarıyla bölüşməyə cəsarət edə bilmədiyin kədərdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!