Pizza qülləsi

Pizza qülləsi
Maraqlı məlumatlar
10.09.2017 12
Pizza qülləsi İtaliyanın eyni adlı
şəhərindəki möhtəşəm monumentallığı ilə seçilən Möcüzələr meydanında
yerləşən zəng qülləsidir. XII əsrdə tikintisinə başlanılan qüllənin
bünövrəsi düzgün qoyulmadığından qüllə əyilməyə başladı. Tikili qısa
zamanda o qədər məşhurlaşdı ki, Pizza şəhərinin rəmzinə çevrildi.

 

Pizza kilsəsinin sifarişi olan qüllənin
tikintisi memar və heykəltəraş Bonano Pizanoya həvalə edilmişdi. Amma o,
qüllənin yalnız ilk üç mərtəbəsini tikə bildi. Tikinti işləri bir əsr
sonra Covanni di Simone tərəfindən yenidən davam etdirildi və daha 4
mərtəbə tikildi. Nəhayət, qüllə Tommaso di Andrea Pizano tərəfindən
tamamlandı.

 

Tikintisinə 1173-cü ildə başlanılan qüllə
təxminən 5 il sonra üçüncü mərtəbəsi tikilən zaman şimala doğru əyilməyə
başladı. Memarlar tikilinin aşağı hissəsini bərkitməyə çalışdılar.
Bünövrəsi möhkəm olsa da, dərin deyildi. Bu səbəbdən qüllənin tikintisi
yarımçıq qaldı və qonşu dövlətlərlə aparılan müharibələr tikinti
prosesini bir əsr gecikdirdi.

 

Yalnız 1272-ci ildə tikinti yenidən
başlandı. Qüllənin əyilməsini tarazlaşdırmaq üçün növbəti üç mərtəbə bir
qədər maili tikildi. Yeddinci mərtəbə tikiləndə qüllə bu dəfə cənuba
doğru əyilməyə başladı. Bunun qarşısını almaq üçün ən ağır zəngi
qüllənin şimal tərəfinə yerləşdirdilər.

 

Qüllə bu vəziyyətdə az qala 800 ildir ki,
dayanıb durur. Onun əyrisini düzəltməyə dəfələrlə cəhd olunsa da, bu
cəhdlərin hamısı uğursuzluqla nəticələnib.

 

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin
paytaxtı Əbu-Dabidə Pizza qülləsinə bənzər Kapital Qeyt adlı göydələn
var. Pizza mühəndis səhvi ucbatından əyilmişdisə də Kapital Qeyt məxsusi
olaraq maili tikilmişdir. 160 metr hündürlüyü olan 35 mərtəbəli
göydələn şəhərin rəmzinə çevrilib. Bu bina Pizza qülləsinə nisbətən 4,5
dəfə mailidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!