Çox vaxt səhv tələffüz etdiyimiz 5 məşhur brend

Çox vaxt səhv tələffüz etdiyimiz 5 məşhur brend
Maraqlı məlumatlar
10.09.2017 14
Bəzən
şirkətlər öz brendlərinə elə adlar qoyur ki, bu adların xarici
vətəndaşlar tərəfindən düzgün tələffüz edilməsi müşkül məsələyə
çevrilir. Reklamlarda gördüyümüz, bəzən həm də istifadə etdiyimiz xarici
markaları düzgün şəkildə tələffüz etdiyinizdən əminsinizmi? Məsələn,
Lamborghini,, Levi`s, Xerox, Samsung kimi tez-tez qarşımıza çıxan
brendlərin orjinal dildə necə səsləndiyini bilirsinizmi?

Tələffüzü ağıllarda səhv qalan markaların düzgün versiyasını təqdim edirik.

 

Lamborghini

Bahalı
idman maşınları istehsal edən məşhur italyan markasının düzgün deyilişi
"Lamborqini”dir. İtalyan dilində "g” və "h” hərfləri yanaşı yazılanda
"q” olaraq tələffüz edilir. Əksəriyyətin dediyi "Lamborjini” isə
italyanlar tərəfindən səhv hesab edilir.

 

Nike

İdman
geyimləri sahəsində ən məşhur brendlərdən biri hesab edilən ABŞ şirkəti
Nike sözünün mənası "zəfər tanrısı” deməkdir. Düzgün tələffüzü isə
çoxlarının dediyi kimi "Nayk” deyil, "Nayki”dir.

 

Levi’s

Yəqin
ki, tələffüzü haqda ən çox mübahisə edilən markaların biridir. Hər iki
tələffüzü istifadə üçün haqlı səbəblər olduğuna görə, bu mübahisəli
məsələdir. Əgər siz inglis dili qrammatikasını əsas götürsəniz,  Livays
deməkdə haqlısınız. Ancaq cins şalvarlarının yaradıcısı Levi adlı
Almaniya yəhudisi idi. 18 yaşında Bavariyadan San Fransiskoya köçən Levi
Strauss’un əsl adı Loeb olsa da ,Amerikada daha rahat olsun deyə Levi
adından istifadə etməyə başlamışdı. Bunu əsas götürərək baxdığımızda
düzgün təlləfüz "Levis” olur.

 

Samsung

Yenə
əksəriyyətin "Samsunq” olaraq tələffüz etdiyi məşhur texnologiya
markasının orjinal dilinə əsasən "SAmson”dur. Mənası isə üç ulduz
deməkdir.

 

Xerox

Amerikada əgər "X” hərfi sözün əvvəlində yazılırsa "Z” olaraq oxunur. Düzgün tələffüz "Ziroks” olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!