Bir az, düşüncə

Bir az, düşüncə
Maraqlı məlumatlar
10.09.2017 8
- Zaman təkrarlanır, düşünmürsən yazırsan, gedirsən və gedənlər
bir daha geri dönmürlər. İnsanlar eyni günləri yaşamaqdan bezmir, amma
təkrarlamağa davamlı hələdə.

- Düzələcək deyirlər.

- Nə?!

- İnsanlara inanmaq olmur, çünki onlar belə özlərinə tam əmin
deyillər. Peşman olurlar, təkrarlayırlar və yenidən öyrəşirlər. Zaman,
getməsini istədiyimiz ən lazımsız sərfiyyatdır. Neçə dünənlər geridə
qaldı, neçənci sabahların bitməsini arzuladıq?

- Bəs xoşbəxtlik?!

- Güldürmə sən Allah!

- Biz onu tapanda itiririk, itirəndə isə adını eşidirik.

- Qəmli tonda danışan, bəyaz gəlinlikli bir qadın təsəvvür et.
Baxışlarında ayrı insan, gözlərindəki aynada başqa şəhərin əsgəri.
Əslində başqa qırışlardan öpüb, ayrı çiyinlərə baş qoyacaqdı, Amma
valdeyinlər və həyat tərzi.

- Gözlə!

- Bunlar bəhanədə ola bilər, boş verin sizə lazım olandan yazım əsas.

- Aha, deməli bir gün dəli bir aşiq,...

- Güldürmüyün siz Allah, bir cümlədə iki eyni ad olar?

- "Dəli və aşiq".

- Dəyişib artıq həyatlar, hər kəsdə eyni iqlim. Müasirliyin
girmədiyi bir yer varsa, oda boşluqdu. Beyinlər, ürəklər, hətta dünənlər
belə muasirəyə alınıb. Nə düzgün gedə, nədə getdiyimiz yerlərə vara
bilirik. Hər dəfə eyni vədlər, düzələcək deyə gündən-günə əzilən ümid
parçaları. Bilmirəm, onları toplamağdanmı yoruldum, yoxsa
birləşdirməkdən?

- Hər kəsdən gizlin Tanrıyla söhbətləşirdim və birdən əsən külək
əlaqəni kəsdi. İnsanlar çoxaldı, gəldilər.Kimsi var olmadığını, kimidə
qəlbində olduğunu dedi. Heç kim mənə inanmadı, kimi günah, kimi dəli
adlandırdı. Halbu ki, onunla söhbətimiz tuturdu, mən ona Tanrı, o mənə
qulum deyirdi. Daha mənimlə danışmır məndən. Küsübmü nə?

- Günahdan danışmayın mənə, mən sizlər kimi öldürmədim qarşı tərəfin
ümidlərini. Mən sadəcə söhbətləşdim, aşiq oldum ona. Cinsiyyətini,
üzünü, rəngini görməsəmdə, xoşbəxt olurdum. 

- Əsas budu! Məni indi-indi anlayıram korlar niyə çox zaman
gülürlər. Boş verin, zamanın getməsini görmürsüz, amma o hər gün sizi
udur. Bir gün yaşayıb, bir daha batırsız. İnsanlar eyni qərənfillər,
sadəcə qəbrlər ayrı-ayrı taleylərdir. Hər zaman unutmaq istəyirik,
düşünəndə ki, xatırlayacaq heçnə qalmır,

- Onda ölürsən, yaşıyırmış kimi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!