Kişi qarderobuna aid olan kolqotqalarla bağlı heç yerdə eşitmədikləriniz

Kişi qarderobuna aid olan kolqotqalarla bağlı heç yerdə eşitmədikləriniz
Maraqlı məlumatlar
10.09.2017 29
Kolqotqa
və "çulki" kimi tanıdığımız uzun neylon corablar qadın ayağını
cazibədar göstərən ən effektli vasitədir. Lakin nə qədər paradoksal olsa
da, ilk "çulkilər" qadınlar üçün deyil, kişilər üçün hazırlanıb.

 

Qədim
Yunanıstanda və Romada igid döyüşçülər təbii yundan hazırlanmış uzun
corablar geyiniblər. Bu cür corablar döyüşlərdə rahat hərəkət etməyə
imkan verib. Zaman keçdikcə zəngin senyorlar incə corablarını ən bahalı
materiallarla bəzəyib-düzəyib. Məsələn, XIV Lüdovikin sarayında ipəkdən
və məxmər parçadan tikilən açıq göy və qırmızı corablar xüsusi
populyarlığa malik olub.

 

Güclü cinsin nümayəndələri uzun "çulkiləri" daha geyinmək istəmədi!

 

Toxunma
corablar XVI əsrdə Avropada yenidən aktuallaşıb. Onların hazırlanması
üçün ilk sənaye qurğusunu 1589-cu ildə istedadlı ingilis keşişi Uilyam
Li icad edib. Amma avropalılar toxunma "çulki"ləri mahud, məxmər və ipək
corabla yalnız XVIII əsrin sonunda dəyişiblər. Həmin vaxta qədər kişi
qarderobunun mütləq detalı olan uzun corabları Böyük Fransa inqilabından
sonra güclü cinsin nümayəndələri geyinməkdən imtina edib. Şalvarın
dəbə minməsi ilə uzun "çulki"lər kişi qarderobundan birdəfəlik
çıxaraq qadınların "şəriksiz hakimiyyəti" altına keçib.

 

Təxminən
XIX əsrin ortalarında pambıqdan hazırlanıb muncuqla və incə naxışlarla
bəzədilən qadın "çulkil"əri dəbə minib. Həmin dövrdə ipəkdən
hazırlananlar baha olduğundan o qədər də geniş yayılmayıb. Lakin 1910-cu
ildə süni ipəyin icad olunması "çulki" istehsalına təkan verib.
İstehsalçılar həmin geyimin süni ipəkdən hazırlanmasına başlayıb.
Birinci dünya müharibəsindən sonra ipək (süni) corablar hədsiz
populyarlıq qazanıb. Onlara tələbat o qədər böyük olub ki, həmin dövrdə
ən mühüm toxuculuq müəssisələri süni ipək və sintetik liflərdən qadın
corab istehsalına başlayıb.

 

Moda dünyasının ən böyük inqilabı

 

Nazik
kolqotqalar ilk dəfə 1939-cu ildə ABŞ-da Vilminqton univermağında satışa
çıxarılıb. Corablar satışa çıxan andan etibarən müştərilər arasında
böyük rezonansa səbəb olub. Nazik "çulki"lərin ixtirası isə ötən əsrin
ortalarında moda aləmində əsl inqilab sayılıb.

 

Neylon
kolqotqaların ixtirası "DuPont” şirkətinə aiddir. Şirkət ixtirasını
satışa çıxarandan sonra yeni məhsul böyük əks-səda doğurdu. Bu da təbii
idi. Axı, belə corablar ipək corablarla müqayisədə xeyli rahat və
əlverişli, üstəlik, ideal görünüb. Elə bunun nəticəsində də, bir neçə
saat ərzində 700 mindən çox nazik "çulki" satılıb.

 

Neylonu ipəyə dəyişsəniz...

 

"DuPont”
şirkətinin reklam sloqanı belə səslənirdi: "Əgər ipək corabları
neylonla əvəz etsəniz, onda atı sürətli avtomobilə dəyişmiş
olacaqsınız".

 

Şirkət
yeni məhsulunun tanınması üçün əlindən gələni edib. Məsələn, ilk reklam
kampaniyası üçün 12 metr hündürlüyündə nəhəng qadın ayağı düzəldərək
corab geyindiriblər.

 

İlk
nazik "çulki"lər o qədər cəlbedici və dəbli olub ki, qızlar onun
qarşısında tab gətirə bilməyib. Hətta moda ilə ayaqlaşmayan qızlar da
nazik "çulki" əldə edə bilmək üçün bütün pulunu xərcləməyə hazır olub.
Mağazalar qarşısında da böyük növbələr olub.

 

"Çulki"lərlə
bağlı indiyədək bir neçə qayda qoyulub. Hansı ki, həmin qaydaılar hələ
də öz aktuallığını itirməyib. Məsələn, corabların rezininin görünməməsi
üçün yubkanın uzun olmasına dair tələb indi də qüvvədədir. Çünki rezinin
görünməsi şit və bayağı hal sayılıb.

 

Qısa yubka dəbə daxil olmaqla "çulki"lərin yerinə indiyədək məşhur olan kolqotkalar gəlib.

 

"Çulki"lərlə bağlı heç yerdə eşidilməyən faktlar

 

1. "Çulki"lər ilk aylarında yalnız istehsalçı şirkətin əməkdaşları üçün satılıb.

 

2. İlk
müştərilər "çulki"ni alandan sonra onu elə küçədəcə geyinib. 40-ci ilin
sonlarında çulkilərin satış həcmi 3 milyona çatıb. Bununla bərabər,
tələbat təklifi xeyli üstələyib.

 

3.
İkinci dünya müharibəsi illərində paraşüt, geyim və müxtəlif
materialların hazırlanması üçün neylon material orduya göndərilib. Bu
səbəbdən neylon corab nadir əşyaya çevrilib. Amma qadınların dəbli
görünmək istəyi o illərin ağır hadisələrindən daha effektli olub.
Beləliklə qadınlar çıxış yolunu ayaqlarına corab şəkli çəkməkdə görüb.
Dəb həvəskarları lak yaxud qara karandaşla ayağın arxa hissəsinə
"çulki"nin tikişini çəkib. Hətta bu məqsədlə lak da istehsal olunub.

 

4.
"Çulki"nin arxasındakı xətlər çox vaxt düz çıxmırdı. Bu problemi aradan
qaldırmaq üçün 1942-ci ildə qadınların ixtiyarına xüsusi cihaz verilib.
Həmin cihaz karandaşı düz istiqamətdə çəkməyə kömək edib. Aşağıda belə
qurğudan istifadə edən qızın şəklini görə bilərsiniz.

 

5.
Müharibə qurtarandan sonra 1945-ci ilin payızında "inqilabi məhsul"-un
müxtəlif çeşidləri yenidən mağazalarda görünüb. Yenə də onu almaq üçün
qadınlar saatlarla növbələrdə dayanıblar.

 

6.
Sovet Ittifaqına nazik "çulki"lər çox gec gəlib çıxıb. Tapılmayan bu
malı mağazalarda almaq praktiki olaraq mümkün olmayıb. Və yalnız 1960-cı
illərin əvvəllərində hər qadın belə corablar almaq imkanı qazanıb.

 

Çulkilərin,
kolqotkaların ixtirasından artıq 50 il keçib, ancaq bu gün onlar hələ
də populyardır. İndi bazarda kolqotqa və "çulki"lərin ən müxtəlif
materiallardan tikilən versiyalarına rast gəlmək olar. Üstəlik, onlar
müxtəlif rənglərdə və müxtəlif naxışlarda təklif edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!