Dondurma haqqında maraqlı faktlar

Dondurma haqqında maraqlı faktlar
Maraqlı məlumatlar
10.09.2017 12
1. Dondurma tək desert deyil, bu həm də çox faydalı məhsuldur.

Dondurmanın tərkibində xeyirli vitamin (A, B, E, D) və mikroelementlər (kalsium, fosfor, dəmir, maqnezium) var.



2.
Bir çox insanların fikirinə görə, dondurma anginaya səbəb ola bilər.
Lakin bu belə deyil. Əgər insan dondurmanı asta-asta yeyərsə, onun
boğazı ağrımayacaq. Əksinə olaraq bunun nəticəsində ağız boşluğu selikli
qişaların immuniteti möhkəmlənir və insan daha gec-gec xəstələnir. Bəzi
lor-həkimlər anginadan əziyyət çəkən insanlara məhz belə qeyri-adi
möhkəmlənmə üsulunu tövsiyə edirlər.

Lakin dondurmanı dişləyə-dişləyə yemək olmaz. Bu həm dişlər, həm də boğaz üçün ziyanlıdır.



3.
Normal miqdarlarda qəbul etdikdə (gündə 1 dəfə) dondurma (xüsusilə
südlü, meyvəli-giləmeyvəli növləri) kökəlməyə səbəb olmur.  Əksinə
dondurma insanda çox tez toxluq hissi yaradır ki, nəticədə 1 qida
qəbulunu dondurma ilə əvəz etmək mümkündür. Beləliklə, dondurma hətta
arıqlamağa kömək edə bilər.



4.
Dondurma yeyən insan əhval-ruhiyyəsinin yaxşılaşmasını hiss edir.
Məsələ burasındadır ki, dondurmanın qəbulu insanın orqanizmində
"serotonin" hormonun yaranmasını stimullaşdırır. Bu maddənin təsirindən
insan özünü daha xoşbəxt hiss edir. Beləliklə, stress vəziyyətinə
düşmüsünüzsə, dondurma yeyin.



5. Dondurmanın qəbulu bəzi insanlarda baş ağrısına səbəb ola bilər. Bu damarların sıxılması ilə izah olunur.



6. Kalsium elementi ilə zəngin olan dondurma bu elementin defisitindən əziyyət çəkən hamilə qadınlar üçün olduqca xeyirlidir.



7.
Xarici ölkələrdə ənənəvi şirin dondurma ilə yanaşı, duzlu, istiotlu,
qızarmış kartof, pendir, soğan, göbələk və s. dadı olan dondurma
satılır.



8. Rusiyada dondurmanı həm isti yayda, həm də soyuq qışda yeyirlər. Bu adət bir çox turistləri təəccübləndirir.



9.
Dondurmanı seçdikdə onun tərkibinə fikir verin. Yaxşı dondurmanın
tərkibində kokos, palma və digər bitki yağlar olmamalıdır. Yaxşı
dondurmanın tərkibində yalnız təbii kərə yağı, qaymaq və süd ola bilər.



10.
Yaxşı dondurma ağappağ olmamalıdır. Bu o deməkdir ki, dondurma təbii
süddən yox, soyadan hazırlanıb. Təbii dondurma növündən asılı olaraq süd
rəngində (südlü dondurma) və ya sarımtıl (daha yağlı plombirlər) ola
bilər.



11.
Dondurma aldıqda fikir verin ki, onun qablaşması (vaflılı stəkan və s.)
əzik olmasın. Əks halda bu o deməkdir ki, dondurma əriyib, sonra isə
təkrar dondurulub. Bu isə həm məhsulun dadına mənfi təsir edir, həm də
zəhərlənmə təhlükəsi artır.



12. Yaxşı dondurma çox gec əriyin, dərhal suya dönmür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!