Facebookdan imtina edin - Xoşbəxt olacaqsınız

Facebookdan imtina edin - Xoşbəxt olacaqsınız
Maraqlı məlumatlar
10.09.2017 11
"The
Times” nəşri Kopenhagen Universitetinin tədqiqatına istinadən yazır ki,
"Facebook” sosial şəbəkəsindən istifadədən imtina insanları xoşbəxt
edir, həmçinin qəzəb və tənhalıq hissini azaldır.

Araşdırmalar
göstərib ki, insanlar sayta daxilolmanı və yeniləmələri yoxlamağı
dayandırdıqdan bir həftə sonra öz həyatlarından daha məmnundurlar.



Analitiklər qısa müddət ərzində əldə olunan belə dəyişiklikdən
təəccüblənib. Onlar ümid edirlər ki, sosial medianın təsiri haqda
məlumatlandırma insanlara həyatdan zövq almaqda kömək edəcək. Ekspertlər
bildirir ki, "Facebook” və başqa bu kimi belə saytlar "”redaktə
edilmiş” sonsuz həyat axınıdır ki, bu da bizim reallıq haqda
təsəvvürümüzü təhrif edir.



Kopenhagen Universiteti araşdırmada iştirak edən Danimarkanın 1095
sakinindən bir həftə ərzində sosial şəbəkənin istifadəsindən imtina
etməyi xahiş edib. İştirakçılara sınaqdan əvvəl və sonra həyatdan
məmnunluq hissini 1-10 ballıq şkala üzrə qiymətləndirmək təklif edilib. 7
gün ərzində orta göstərici 7,56-dan 8,12-dək artıb. İştirakçılar
bildiriblər ki, daha çox sosial aktivlik göstərməyə başlayıblar,
həmçinin özlərini əvvəlki kimi aqressiv və tənha hiss etmirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!