Taxta darağın sirri

Taxta darağın sirri
Maraqlı məlumatlar
10.09.2017 14
Daha çox Avropa və slavyan, rus qadınlarının şəxsi simvolu olan daraq taleyə təsir
edən vasitə idi. Onunla məhəbbət ritualı edilir, göz-nəzər, xəstəlik,
cadu və bir çox xoşagəlməzlikləri geri qaytarırdılar. Sancaq və daraqla
bağlı çox əfsanələr, xalq inancları var. Sonradan plastmas, şüşə və süni
materiallardan daraqlar çıxdı. Əslində isə qədimdən belə adətdir ki,
baş darağı, sancağı insan üçün xeyirli və uğurlu materiallardan
hazırlanmalıdır: sümük, daş, ağac, mərmər. Niyə? Çünki bu təbii maddələr
enerji daşıyıcısıdır. Hər ağacdan da daraq düzəltməzlər, çünki mənfi
enerji daşıyan ağaclar var. Keçmişdə təzə doğulan uşaqlara belə daraq
hazırladardılar ki, onları nəzərdən qorusun. Polşada əgər evdə adam və
ya ev heyvanı xəstələnərdisə, evin sahibəsi öz başındakı daraq-sancağı
çıxarıb alma və ya armud ağacından asar, 2 həftədən sonra həmin daraqla
xəstələnən adamın saçını 10 gün darayardılar.

Daraq
səma və kosmosun gücünü, enerjisini antena kimi tutur və özünə yığır.
Bunu qədim Roma və Yunanıstanda bilirdilər. Elə ona görə sərkərdələr
saçlarını daraq ilə yığar, ya da metaldan olan xüsusi baş sancaqlarını
dəbilqələrinin üstündən quş qanadı kimi asardılar. Qızlar isə öz
cazibədarlıqlarını artırmaq üçün üzəri işləməli, daş-qaşlı, oymalı
sancaq-daraqları saç düzümlərinin ən görünən yerindən taxardılar.
Həqiqətən də işə yarayırdı.

Cadugərlər,
kahinlər də darağın sehrli gücünü bilir və ondan rituallarda istifadə
edirdilər. Darağa yapışmış tük və darağa hopmuş enerjidən istifadə
etməklə həmin daraq sahibini ovsunlayır, bağlayır, tilsimə tabe
edirdilər. Qara cadugərlər yanmış ağacdan, qara metaldan olan daraq
islədirlər. Daraqla adamı cadu etmək də geniş yayılıb. Ona görə ailə
qurmağa hazırlaşan qızlar daraqlarından muğayat olmalı idilər. 



Daraqla fala baxma

Bir
çox slavyan xalqlarının dini və əsas bayramlarında qızlar sancaq-daraq
ilə bəxt falına baxardılar. Bəs necə?! Bu cür sehrli əşyadan istifadə
etmək lazımdır. Fala baxmanın ən sadəsi belədir: qız saçını darayır,
darağı balışının altına qoyub yatanda bu sözləri deyir: "Qismətim,
taleyimə yazılan, mənim hörüklərimi açıb darağıma gəl". Həmin gecə
yuxuda görəcəyi oğlan qismətidir. Əgər səhər balışın altındakı daraqda
saç tapsa, deməli, həmin il ərə gedəcək. 

Yuxuda daraq

Yuxuda
daraq görmək inanılmaz uğur və şans deməkdir. Fransızlar hesab edir ki,
yuxuda gözəl, bəzəkli daraq yeni sevgi əlaqəsinə işarədir. İngilislər
inanır ki, yuxuda baş darağı görmək uğurlu və zəngin həyata işarədir.

Arzularınız üçün daraq

Taxta
daraq götürüb 1 dəqiqə ərzində sakit halda, arzunuzu nəzərdə tutaraq
saçlarınızı tam darayın, sonra darağa baxın. Darağın üstündə heç saç
qalmayıbsa, deməli arzunuzun vaxtı hələ yetişməyib. Əgər saç sayı
cütdürsə, arzunuz çin olacaq, təkdirsə olmayacaq. Bu üsuldan hər gün
yox, 2 ayda bir dəfə, ay bədirlənəndə axşam istifadə etmək lazımdır. Darağın materialı önəmlidir. Hər daraq uğurlu deyil.



Fil, heyvan sümüyündən olan daraq insandan qorxu, həyəcan, zəifliyi götürür.

Şabalıd ağacından daraq insanın bioritmi və energetikasını düzəldir.

Alma və armud ağacından daraq yorğunluğu götürür.

Albalı, gilas ağacından daraq ərtafdan gələn neqativ enerjini zərərsizləşdirir.

Palıd ağacından daraq xəstəlikdən sonra insanın orqanizmini bərpa edir, insanın halını yaxşılaşdırır. 

İçimizdəki "mən"i əzizləyən əşya

Saçımızı
darayarkən biz özümüzü, ruhumuzu, daxili "mən"imizi sığallayırıq,
nazını çəkirik, rahatlayırıq. Saçı saçın üstünə darayıb hamarladıqca
insanın beynindəki fikirlər, hisslər, planlar qaydaya salınır. Qısası,
adi daraqla biz sanki özümüzə psixotarepiya seansı edirik. Ona görə saçı
düzgün daraqla və rahat daramaq gözəl ritualdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!