Qəribə qadağalar

Qəribə qadağalar
Maraqlı məlumatlar
10.09.2017 4
Dünyanın
ayrı-ayrı ölkələrində başqa yerlərdən gələnləri şoka sala biləcək
qaydalar mövcuddur. Yerli əhali artıq buna alışsa da, gəlmələrin şəraitə
adaptasiya olması bir qədər uzun çəkir. 



Məsələn, Azərbaycanda hər kəs sutkanın istənilən saatında İnternet
kluba daxil ola bilər. Bu davranışa görə heç kim dövlət qurumlarına
hesabat vermir. Halbuki eyni hərəkət üçün Türkmənistanda klubun
administratoruna şəxsiyyət vəsiqəsinin surətini təqdim etmək tələb
olunur. 



Beləliklə, dünyadakı maraqlı qadağalardan bəzilərini təqdim edirik.



olmaz!!!Çində "Avatar" filminə yalnız 3D formatında baxmağa icazə
verilir. Bu formatdakı filmləri isə ölkədə cəmi bir neçə teatr nümayiş
etdirə bilir. Hökumət bu qərarla "imperialst mədəniyyətin" qarşısını
almağa çalışır.



Əgər bu ölkədə kimsə reinkarnasiya (sadə dildə desək dirilmə) olmaq
istəsə mütləq dövlətdən icazə almalıdır. Burada da məqsəd Tibetin
buddist icmasını nəzarətdə saxlamaqdır.



"Ərəb baharı" başladıqdan sonra bu ölkədə yasəmən satışı da qadağan edilib.



İranda Qərb stilində saç kəsdirmək qadağandır. İnsan həyatının ən gizli
anlarını belə nəzarətdə saxlamaq istəyən molla rejimi molla rejimi saç
düzümlərinin də siyahısını tərtib edib. Məqsəd Qərb mədəniyyətinin
yayılmasını önləməkdir.



Səudiyyə Ərəbistanda Müqəddəs Valentin günü qadağandır. Sevgililərin
bir birinə gül göndərməsini önləmək üçün ölkədə bayram ərəfəsində bütün
gül mağazaları bağlanır. 



Rusiyada məktəblərdə və dövlət müəssisələrində "emo" stilində geyinmək
qadağandır. Hökumət bu geyimin insanları intihara təşviq etdiyini
düşünür.



Avstraliyada isə kiçik döşlü qadınların porno filmə çəkilməsi
qadağandır. Rəsmilərin fikrincə, bu tip qadınlara tamaşa edən şəxsdə
uşaq pornoqrafiyasına meyl yarana bilər.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!