Səbəblər səbəbsiz olur

Səbəblər səbəbsiz olur
Maraqlı məlumatlar
10.09.2017 14
Bir
ömur yetmedi, ya zamana sığa bilmədik, yada zaman bizə sığmadı…Bura
Azərbaycandı deyib üstünə çox şeyi yüklədik, məsələn nakam
sevgilərimizi, adına qürur deyib gecələr yorğan altda carəsiz uşaq kimi
göz yaşlarını sildiyimiz hislərimizi.

Elə
bilmə məndədi günah, küçələrin ayağına düşdüyüm günü xatırla məsələn,
hasarın üstünə qoyduğum məktubları xatırla, birdə məhəllə 

arvadlarının qeybətli pıçıltılarından çəkinib hər dəfə bir yalan uydurduğumu.

Bizim
məhlə arvadlarının dilinə düşmə, yayın istisində güya, sərinləmək üçün
hərəsi əlində bir kətil məhləyə düşürdülər .Sonrada başlayırdı qeybət, -
kimin qızı hara getdi, kimin oğlu maşın aldı, kimin əri içib bu gün
arvadını döydü-… Elə zəngin olurki qeybət siyahıları. Onların
"radar”-ına düşməmək üçün gərək, hər gün bir bəhanə uyduraydın
məhəllədən çıxanda. Hələ bu azmış kimi gərək, onlara bir bəhanəylə də
eşitdirəydin uydurdugun bəhanəni.

Hər
şey yadımdadı. Məsələn, yaxşı xatırlayıram ayrıldığımız günü, amma
səbəbini xatırlamıram, sadəcə özümü inandırmaq ücün uydurduqlarım var…
Ayrılıqlarda aciz olur səbəblər də, lap cəsarət kimi aciz.Ele olmasaydı
ayrılıqlar da olmazdı.

Unutmamışam, məni izləməyini ve xəlvət bir yerdə qolumdan tutub "mən səni unuda bilmirəm” deməyini.

Illər
ötdü gözlərimizin, saçlarımızın qarasından, uzun yollar addım-addım
qovmuşdu hərəmizi bir yana.Xatirəmdə partiretin də parçalanmışdi,
yamamışdım parçalanmış görüntünü xəyallarımla.

Haçansa, səni birdə görəcəyimi bilirdim.

Gəlişin,
lap məhlə arvadlarının qeybətləri kimi pıçıltılı oldu.Bütün yolu
itirə-itirə gəldiyini də duyulurdu gözlərinin bozundan, dərinin
qırışından, belinin bükülməyindən, taqətsiz duruşundan.

Həmişə bir səbəb olub, cəsarətinin səsini kəsməyə.Bu dəfəsə ruhunun parça-parça tərk etdiyi yerlər kəsirdi cəsarətinin səsini .скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!