Bir dahinin yalnız ölümü

Bir dahinin yalnız ölümü
Maraqlı məlumatlar
10.09.2017 6
Tarix: 1850.

Məkan: Vyana Xəstəxanası.

Xəstəxanaya xaos hakimdir.

Xəstəxanada
iki hissə var və bunlardan birində doğum edən hər yüz qadından doxsanı
sepsis(doğum qızdırması) deyilən xəstəlikdən ölür. Elm hələ mikrobların,
virusların və bakteriyaların kəşfini etməmişdi.

Xəstəxana professorları ölümlərin çoxluğunu mamaların və tibb bacılarının uğursuzluğu ilə izah edirlər.

Bir dahi bütün bu olanlara qarşı çıxır. Dr. Semmelweis (İqnas Zimmelvays), professorlarla eyni fikirdə deyil.

O,
tibb şagirdlərinin əllərini heç yumadan palatalara girib-çıxdıqlarını
görür və öz hissəsində, bütün həkim və həkim namizədlərinin palatalara
girmədən əvvəl əllərini əhəngli su ilə yumalarını istəyir.



Bu
kiçik istək qısa zamanda təsirini göstərir və lohusa qızdırmasından
ölüm nisbəti diqqət çəkəcəq qədər azalır. Zemmelvays Die Aetiologie, der
Begriff und die Prophylaxis des Kindbettfiebers adlı kitab nəşr edir.

Ancaq xəstəxananın professorları, Dr. Semmelweisin bu kiçik dəyişikliyinə qarşı çıxıb onu xəstəxanadan qovurlar.

Bu
da çatmırmış kimi onu həkim deyil, bir şarlatan adlandırırlar. Bu dahi
həkim 47 yaşında təklikdən və aclıqdan dəli olaraq elə həmin sepsis
xəstəliyindən dünyasını dəyişir. 

Amma
biz bu axmaq professorların heç birinin adını bilməzkən, Dr.
Semmelweisin adının tibb tarixinin qızıl səhifələrinə yazıldığını
görürük.



«Dünyaya gerçək bir dahi gəldiyində, onu bu işarədən tanıya bilərik: mütləq bütün axmaqlar ona qarşı birləşmişlərdir.»



P.S. Hazırda Budapeşt Tibb və İdman universiteti onun adını daşıyır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!