Anlayıb qavramaq yerinə, tutub oxşayırsınız dünyanı

Anlayıb qavramaq yerinə, tutub oxşayırsınız dünyanı
Maraqlı məlumatlar
10.09.2017 12
Anlayıb qavramaq yerinə, tutub oxşayırsınız dünyanı."

-Franz Kafka



Arzularını boğsan gözəl bir ağacın solmuş budağına bənzəyəcəksən.

Arzu, insanın sahib olduğu ən dəyərli varlıqdır.

Ən böyük arzunuz arzularınızı boğmaqdır,onu öldürməkdir, amma onlar heç vaxt ölmür.

Arzu həyatın sönməyən alovu, həyatın elə özüdür.

-Jiddu Krişnamurti



Ən təhlükəli insan tipi, az anlayan, çox inanandır.

-Anton Çexov



Müharibə
baş verəndə adamlar deyirlər: "Çox çəkməz. Həddən artıq axmaq işdir!”
Müharibə doğrudan da böyük axmaqlıqdır, ancaq bu onun uzun sürməsinə
əngəl olmur.

-Alber Kamü



İnsanlar
təbii fəlakətlərlə üzləşəndə öz aralarında olan bütün ayrı-seçkilikləri
və öcəşmələri unudub hamılıqla bu fəlakətin gətirdiyi acıları aradan
qaldırmağa yönəlirlər və bu anlarında onlar birgəyaşayışın onlar üçün
necə önəmli olduğunu daha çox anlayırlar.

-Ziqmund Freyd



"Mən
dünyaya gələnə qədər sonsuzluq qədər vaxt keçdi, bütün bu müddət
ərzində mən kim olmuşam?" Bu sualın metafizik cavabı belə ola bilər: mən
həmişə mən olmuşam: bütün bu müddət ərzində özlərini "mən"
adlandıranlar elə məhz mən olmuşam.

-Arthur Schopenhauer



Ölümün
dəhşəti səndə o illüziyanı yaradır ki, ölümlə mənlik məhv olur, amma
dünya öz mövcudluğunu (varlığını) davam etdirir. Əslində isə bunun əksi
doğrudur: dünya itir, dünyanın öz mövcudluğunu təmin edə bildiyi
müqəddəs "mən" isə qalır. Beyinlə birlikdə intellekt, intellektlə
birlikdə də obyektiv dünya (reallıq) və onun sadə təsəvvürləri məhv
olur.

-Arthur Schopenhauer



Necə
də pis səslənir! «Vəhşi!» «Yırtıcı heyvan!» – heyvanlar haqqında belə
danışmaq olmaz! Düzdür, çox vaxt dəhşətli olurlar, ancaq insanlara
nisbətən daha təbiidirlər.

-Herman Hesse



"Gəlin
sosializmdən danışaq. Məncə keçən əsrdə Sovet İttifaqının sosializmə
pis ad verməsindən sonra müasir dövrdə sosializmi yenidən milli müzakirə
mövzusuna çevirmək çox əhəmiyyətlidir. Sosializmin bu ölkədə yaxşı adı
olub. Sosializmin Eugene Debsi olub. Onun Clarence Darrowu olub. Onun
Mother Jonesi olub. Onun ölkə miqyasında milyonlarla sosialist qəzet
oxuyan xalqı olub. Sosializm təməl prinsip olaraq deyir ki, hey, gəlin
kübar, alicənab cəmiyyət quraq. Gəlin əşyalarımızı paylaşaq. Gəlin elə
iqtisadi sistem quraq ki, o əmtəəni hansısa korporasiyanın qazanc əldə
etməsi üçün yox, insanların həqiqətən ehtiyacı olduğu üçün istehsal
etsin. İnsanlar sosializm sözündən əl çəkməməlidir, çünki siz kapitalizm
hüdudlarından kənara doğru getməlisiniz”

-Hovard Zinn



Duneçka
öz xeyri,öz rahatlığı vә naz-nemәti üçün,hәtta özünü ölümdәn xilas
etmәk üçün özünü satmaz.Amma budur,özgәsi üçün satır.Mәsәlәnin bütün
sirri dә bax,elә bundadır:O özünü qardaşı üçün,anası üçün satar.Hәr
şeyini satar.Ah,biz belә şeylәrdә lazın olarsa,әxlaqi hisslәrimizi dә
boğarıq,azadlığımızı,rahatlığımızı,hәtta lap vicdanımızı-hәr şeyimizi
hәrrac bazarına aparırıq.Әlvida hәyat!Tәki bizim sevdiyimiz adamlar
xoşbәxt olsun.

Fyodor Dostoyevski,Cinayәt vә Cәza.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!