Ən çox istifadə edilən 5 Foto-Redaktor

Ən çox istifadə edilən 5 Foto-Redaktor
Maraqlı məlumatlar
10.09.2017 49
Gün
ərzində əlimizdən düşməyən smartfonlar sayəsində, artıq hər birimizi
həvəskar fotoqraf hesab etmək olar. Sosial media istifadəçilərinin, ən
gözəl mənzərə fotoşəkillərini, ən qüsursuz portretləri və sevimli
heyvanlara dair kadrları çəkmək üçün bir-biri ilə yarışdığı bu dövrdə,
çəkdikləri fotoları daha da gözəlləşdirmək üçün əl atdıqları bəzi
üsullar var. Xüsusi bir texniki bilik lazım olmadan, asanlıqla idarə
olunan fotoşəkil tənzimləmə tətbiqlərin istifadəsi telefon kamerası ilə
çəkilən sadə fotolara da tamamilə başqa bir formaya salmağa kömək edir.
Məhz son dövrdə ağıllı telefon istifadəçiləri tərəfindən ən çox üstünlük
verilən foto redaktor tətbiqləri bunlardır:



1. Effekt verməyi sevənlər üçün: Retrica



2012-ci
ildən bəri istifadə edilməkdə olan Retrica, içində olan 80-dən artıq
müxtəlif filtr variantı ilə #nofilter dəbiylə ayaqlaşmayıb,
fotoşəkillərini müxtəlif filtrlərlə bəzəməyi sevənlərdən böyük maraq
görür. Kollaj və retuş kimi seçimlər də təqdim edən Retrica, xüsusilə
Instagram istifadəçilərinin əvəzolunmazıdır. Retrica həm IOS, həm də
Android əməliyyat sistemlərində istifadə edilir.



2. Funksionallıq istəyənlər üçün: Camera+



Görünmə,
parlaqlıq tarazlığı və dəqiqlik kimi SLR fotoaparatlarının verdiyi bir
çox şeyi edə bilən bir tətbiq olan Camera+, iPhone və iPad
istifadəçilərinin cihazlarında olan kamera tətbiqi əvəzinə istifadə
etdikləri alternativdir.



3. Professional Rəqəmsal Fotoqraflar üçün: Snapseed



Telefonunuzla
çəkdiyiniz fotolarınıza Adobe Photoshop’a bənzər bir retuş etmək
istəyirsinizsə, Snapseed məhz sizə uyğun ola bilər. Filtr
tətbiqetmələrindən əlavə, çox detallı redaktə proseslərində də olduqca
uğurlu nəticələr verən Snapseed, Instagram fenomenləri tərəfindən də
üstünlük verilən bir tətbiqdir. Həm iPhone, həm iPad’lərdə istifadə
olunan Snapseed proqramını, eyni zamanda Android əməliyyat sisteminə
malik cihazlarda da istifadə etmək mümkündür.



4. Apple’ın tövsiyəsi: VSCO



Həm
fotoşəkil redaktəsi və optimallaşdırma tətbiqi, həm ilham mənbəyi, həm
də öz içində müstəqil sosial şəbəkə olan VSCO, xüsusilə hipster və
kreativ şəxslərin əvəzolunmaz proqramıdır. Apple’ın də tövsiyə etdiyi
proqramlar arasında olan VSCO’nun çox böyük bir heyran kütləsi var.



5. Selfie’lərinizdə möcüzə yaradın: Youcam Make Up



Günün hər saatında, idmanda, işdə, evdə – bir sözlə, hər şəraitdə
paylaşdığı mükəmməl selfie’lərlə sizi heyrətə salan qadınların sirrini
açıqlayırıq: Youcam Make Up. Rəqəmsal makiyaj studiyası olan bu
proqramın 12 milyondan artıq istifadəçisi var. Alternativləri arasında
ən yaxşı makiyaj tətbiqi kimi göstərilən Youcam Make Up həm App Store,
həm də Google Play’də mövcuddur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!