Nədən qorxuruqsa, o da baş verə bilər - Dualar niyə qəbul olunmur?

Nədən qorxuruqsa, o da baş verə bilər - Dualar niyə qəbul olunmur?
Maraqlı məlumatlar
10.09.2017 9
Dünyanı dəyişməzdən öncə özümüz
dəyişməliyik


İnsanın yaşadığı Yer həmişə can atdığı Səmanın özüdür


İnsanın daxili və xarici aləmi vəhdət təşkil edir. Və o, bu vəhdətin
təzahürü olmağı qarşısına məqsəd qoymalıdır. İnsanlar "sağ-sol",
"aşağı-yuxarı", "daxili-xarici" anlamları ilə tez-tez rastlaşırlar. "Sağ
və sol" ilk əvvəl qadın və kişi təbiətinin simvoludur. Dünya ilə
harmoniyada yaşamaq istəyən hər kəs öz daxilindəki bu kişi və qadın
təbiətini aşkar etməli, onlarla baş verən prosesləri üzə çıxarıb
uzlaşdırmalıdır.


"Yuxarı və aşağı" deyəndə isə biz ilk növbədə Yeri və Səmanı nəzərdə
tuturuq. Bunların eyni olduğunu dərk etməliyik. Çünki insan üçün
yaşadığı yer elə hər vaxt can atdığı səmanın özüdür.


"Daxili və xarici" anlamlarını dərk etmək həyatda öz yerinizi tapmaq və
dünya ilə harmoniyada yaşamaq üçün bir vasitədir. Əgər biz "daxilimizin"
və "xaricimizin" eyni olduğunu anlasaq, onda başa düşərik ki, həyatda
başımıza gələnlərin səbəbi yalnız özümüzük. Burada günah axtarmaq
əbəsdir. Öz problemlərimizin kökünü də özümüzdə axtarmalıyıq. Bu fikir
qeyri-adi, qəribə görünə bilər. Axı biz öz problemlərimizin və
uğursuzluqlarımızın səbəbini həmişə başqalarında görmüşük.


"Kimlərinsə və ya nələrinsə qurbanıyıq" fikri bizi həyatdan küsdürsə də,
günahı başqalarında görmək həmin adamların hissləri ilə oynamağa imkan
yaradır. Əksər hallarda bu məsuliyyəti öz üzərimizə götürməyə qorxuruq.
Bu sərt və amansız dünyada özümüzü zəif və köməksiz hiss edirik. Ona
görə də bütün uğursuzluqların səbəbini bizi əhatə edən xarici aləmdə
axtarırıq. Lakin, əgər biz dərk etsək ki problem və xəstəliklərimizi
yalnız özümüz yaradırıq, onda problemin həlli üçün də, xəstəliyin
sağalması üçün də özümüzdə qüvvə taparıq.


Taleyimizdə problemlərin yaranmasının əsas mexanizmini V.Jekarensev
bizim öz fikir və düşüncələrimizlə bağlayır. Ətrafımızda və daxilimizdə
nə varsa (evlər, yollar, incəsənət əsərləri, bir-birimizlə
münasibətlərimiz, özümüzə münasibətimiz), hər şey əvvəlcə fikir, ideya
formasında olur, sonra isə materiallaşır. İlk növbədə "Həyatda heç kəsə
inanmaq olmaz" ideyası yaranıb şüurumuzda möhkəmlənir. Sonra isə bu
inama əsasən hərəkət etməyə başlayırıq: heç kəsə inanmırıq, ünsiyyəti
kəsirik, tənhalığa qapılırıq və sonda ən doğma, ən yaxın adamların
diqqət və məhəbbətindən məhrum olduğumuz üçün əziyyət çəkirik. 



Bu
və ya digər ideyanı (sonra isə ona uyğun davranışı) qəbul etməyə məhz
özümüz qərar veririk. Əgər öz haqqımızda formalaşdırdığımız fikri dəyişə
bilsək, onda taleyimizi və həyat yolumuzu da dəyişib öz taleyimizin
qurucusu ola bilərik. 



Harmoniyaya
getdiyimiz yolda düşüncələrimiz bizə yardımçı olur. Lakin onlar
harmonik bir insan kimi formalaşmağımıza maneçilik törədir. Söhbət ilk
növbədə şüuraltı fikirlərdən gedir. Onlar nə qədər dərində olsa da,
hərəkətlərimizi tənzimləməkdə böyük rol oynayırlar. 



İstək
və arzularımız fikirlərimizin toruna düşdüyümüzü çox gözəl nümayiş
etdirir. Məsələn, insanın başına bir fikir gəlir. Bundan sonra ürəyində
bir istək baş qaldırır. Hər dəfə bu fikrə qayıdanda arzu da böyüyür,
güclənir və sonda onun bütün varlığına hakim kəsilir. Məhz bu andan da
insan o arzuyla yaşayıb hərəkət edir. 



Fikirlərlə proqramlaşmağın iki üsulu var:



1.
Bizim bu dünyadan baş çıxarmağımıza kömək edən gözlənilməz
situasiyalardır. Məsələn, nədənsə bərk qorxmusunuz və bu qorxu ilə bağlı
emosiyalarınız zehninizdə həkk olunur, möhkəmlənir. İkinci dəfə
təhlükəli vəziyyətə düşəndə keçirdiyiniz qorxu hissi bir neçə dəfə
artır.

 

2.
Bu, oxşar fikrin və emosiyanın təkrarlanmasıdır. Biz daima özümüz haqda
danışmağı xoşlayırıq. Bu söhbətlərin dəfələrlə təkrar olunması
nəticəsində bir çox fikirlər zehnimizdə möhkəmlənir və bundan sonra da
bizim hərəkətlərimizi tənzimləyir.

 

Fikir bizim karmamızdır



Dostlarımızla
görüşəndə adətən həyat çətinlikləri, pul çatışmazlığı haqda danışırıq.
Belə söhbətlər tez-tez təkrar olunduqca "Həyat çətindir", "Pul çatmır",
"Gələcəkdən heç nə gözləmirəm" kimi fikirlər daxilimizdə güclənir. Sonra
onlar müstəqil yaşamağa başlayır, öz reallıqlarını yaradır və bu
reallıqlarda həqiqətən də pul çatmır, həyat çox sönük görünür. Çünki
onlar şüurunuzda artıq möhkəm yer tutub. 



Fikir
bu dünyanın özəyini təşkil edən bir qüvvədir. Fikir bizim karmamızdır.
Onunla həmişə ehtiyatlı olmalıyıq, onu tez-tez dəyişib mənfi
təsirlərindən qorumalıyıq. Karma anlamının əsas mənası da budur: "Əgər
fikir mövcuddursa - fərq etməz, şüurlu və ya şüuraltı formada - deməli,
əməl də var". Bu əməlin nəticəsi də mütləq olmalıdır. Əgər nəticə varsa,
bizim ona münasibətimiz də çox önəmlidir. 



Fikirlərimizi
dəyişməklə biz öz karmamızı dəyişə bilərik. Onları özümüzdən kənar
etməklə, karmamızı yarıda kəsə bilərik. Hər hadisənin bir səbəbi olur.
Fikirlərimiz, qorxularımız və problemlərimiz barədə də bu sözləri demək
olar. Onlar bizə genetik yolla - valideynlərimizdən,
nənə-babalarımızdan, yaxud da böyüyüb boya-başa çatdığımız mühitdən keçə
bilər. Onları özümüz də yarada bilərik. Hətta kənardan şüurumuza
proqramlaşdırıla bilər (yəni, gözə gələ bilərik). Buna baxmayaraq məhz
bizim öz fikrimiz müəyyən bir situasiya yaratmağa qadirdir. Bu fikrin
yaranmasında başqalarının rolu olub-olmamasından asılı olmayaraq
problemlərimizin həlli yolunu yalnız özümüz tapmalıyıq İxtiyarınıza
silsilə şəklində verdiyimiz karma mövzusunun da əsas məqsədi odur ki,
problemli situasiyaları dəf edəndən sonra daha qüvvətli və daha müdrik
olasınız. 



Özümüzlə
ətraf mühit haqqında müəyyən fikirlər yaradandan sonra biz konkret
situasiyaları özümüzə cəlb edirik. Məsələn, əgər ilanlardan qorxuruqsa,
onlarla tez-tez rastlaşa bilərik, avtomobillə toqquşmaqdan qorxuruqsa,
yolda başımıza qəza gələ bilər, oğru və quldurlar qorxuruqsa, onda pul
və əmlakımızın oğurlanması ehtimalı daha böyük ola bilər. Bu qanunu
V.Jekarensev belə ümumiləşdirib:



"Oxşar oxşarı cəlb edir"

Fikir,
qorxu, narahatlıq ətrafımızda məhz uyğun situasiyalar yaradır. Yəni,
nədən qorxuruqsa, o da baş verə bilər və ya əksinə, əgər insanların
təmiz, xeyirxah, vicdanlı olduğuna inanırıqsa, deməli, o sayaq insanları
da ətrafımıza cəlb edə bilərik. Çox vaxt düşünmürük ki, xarici, fiziki
aləmin qanunları bizim daxili, mənəvi dünyamızı əks etdirir. Lakin onlar
eynidir. Yəni, müəyyən fikir yalnız özünə bənzər fikri, hadisəni və ya
problemi özünə cəlb edir. Bu qanunu bildikləri üçün insanların ayrı-ayrı
millətlərdə oxşar atalar sözləri yaranır. 



Məsələn,
"Anası çıxan ağacı qızı budaq-budaq gəzər", "Alma almadan kənara
düşməz”, "Nə tökərsən aşına, o da çıxar qaşığına" və s. Müəyyən fikrin
özünə oxşar hadisələri cəlb etməsi barədəki söhbətimizi başa vurarkən
dualar haqqında da bir neçə kəlmə danışmaq istəyirik. 



Dünyanı dəyişməzdən öncə özümüz dəyişməliyik



Duanı
dəfələrlə təkrar edərkən insan öz şüurunda hansısa bir fikri o
səviyyəyə çatdırır ki, sonradan o fikir reallaşmağa başlayır. Lakin bir
sıra səbəblərə görə onun reallaşmasında duaların da köməyi olmur. 



1. Ola bilsin ki, Tanrıdan dilədiyinizi həqiqətdə heç arzulamırsınız. 



2. Dualarınızda dilədiklərinizin həqiqətən də baş verəcəyinə şübhə edirsiniz.

 

3.
Dualarınızda arzuladığınız sizə həqiqətən də verilir, lakin nə zaman,
hansı şəkildə verildiyini dərk etmirsiniz və onu qəbul edə bilmirsiniz.



Sonda
nəzərinizə çatdırırıq ki, həyat dərsləri bir məqsədə yönəlir:
qeydsiz-şərtsiz sevməyi öyrətməyə. Hamımız bu dərslərdə təmənnasız
sevməyi öyrənirik. Bunun nə olduğunu bilmək üçün öncə şərtli, təmənnalı
sevginin nə olduğunu anlamaq gərəkdir. Şərtlər çeşidli olur: "Əgər özünü
yaxşı aparsan; Əgər dərslərindən "5" qiymət alsan; Əgər məni
aldatmasan; ...səni sevəcəyəm", yaxud da "Əgər evə çoxlu pul gətirsən;
Mənə xəyanət etməsən; ...səni sevəcəyəm" və s. Təmənnasız sevgi isə
özümüzü və yaxınlarımızı elə olduqları kimi, heç bir şərt qoymadan sevib
qəbul etməkdir. 



Heç
kəsə öz həyat tərzinizi aşılamağa çalışmayın. Bu, zorakılıqdır. Dünyanı
dəyişməzdən öncə özümüz dəyişməliyik. Özümüz dəyişdikcə ətraf aləmin də
dəyişdiyini hiss edəcəyik. Hər şey dəyişəcək - həyatımız, bizi əhatə
edən mühit, yaxınlarımız, doğmalarımız. Çünki biz onlarla sıx
əlaqədəyik. Bu, dəyişməz, qəfil, gözlənilməz olmayacaq. Lakin mütləq baş
verəcək. Ən azı ona görə ki, xaricimizdə baş verənlər daxilimizdə baş
verənlərin əksidir. Əgər özümüzü sevmiriksə, özümüzdən razı deyiliksə,
deməli, başqalarına qarşı da yaxşı münasibətdə ola bilmərik. Onlarda
yalnız özümüzün mənfi cəhətlərini görərik. Çox zaman bu mənfilikləri öz
uşaqlarımızda da görürük və onları tənbeh edirik. Bu mənfi xassələrin
uşaqlarımıza məhz özümüzdən keçdiyini isə etiraf etməkdən çəkinirik.
Çünki bu, güzgüyə baxıb öz eyiblərimizi görməyə bənzəyir. Məhz həqiqi
varlığımızı özümüzdən və ətrafdakılardan gizlətmək üçün də cürbəcür
"maskalar" taxırıq. 



Başqalarına baxıb özünüzü tanımağı öyrənin!



Səbuhi Rəhimliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!