Qadinin ehtirasli görünüşu – zinakarlıqdır, nə vaxt qadın ətirlənir və ehtraslı baxışlarla...

Qadinin ehtirasli görünüşu – zinakarlıqdır, nə vaxt qadın ətirlənir və ehtraslı baxışlarla...
Maraqlı məlumatlar
10.09.2017 36
Qadinin
ehtirasli görünüşu – zinakarlıqdır, nə vaxt qadın ətirlənir və ehtraslı
baxışlarla özünü gözə soxmaq üçün kişilərin iştrak etdiyi məclisə
gedir, o, – zinakardır.



*****

Məhəmməd peyğəmbər bir dəfə Vəbişaha dedi: " Doğrudur ki, sən məndən
nəyin xeyir, nəyin şər olduğunu soruşmağa gəlmişdin?”, "Bəli, – o cavab
verdi, – mən elə onun üçün gəlmişdim”. Məhəmməd peyğəmbər barmaqlarını
ətirli maddəyə-miroya salıb onun sinəsinə toxundurdu və dedi: " Nəsihəti
öz ürəyindən al”. Bunu o, üç dəfə təkrar etdi və sonra dedi: " Xeyir iş
– sənin ürəyinə toxtaqlıq və rahatlıq verəndir, amma şər, başka adamlar
sənə bəraət qazandırdığı vaxtda, səni şüpəyə salandır.”



*****

Əgər inamınız yoxdursa, siz Allahın dərgahına gedə bilməzsiniz; necə
ki, bir-birinizi sevmirsiniz, siz öz inamınızı yerinə yetirə
bilməzsiniz.



*****

Mülayimlik və itaətçilik həqiqi inamın, boş danışıq və bəzək-düzək riyakarlığın nəticəsidir.



*****

Hirsli adamla birlikdən təklik yaxşıdır; xeyirxah adamla birlik isə
təklikdən yaxşıdır. Bildiyini öyrənmək istəyənə demək susmaqdan
yaxşıdır; susmaq isə boş danışıqdan yaxşıdır.



*****

Allah elə adama böyük mükafat verir ki, o, qəzəbini göstərməyə qabil olduğu halda boğur.



*****

Hərəkətlər niyyətlərə görə mühakimə olunur.



*****

Həqiqətin əsl icraçısı o adamdır ki, bədbəxtliyə dözümlü və incikliyi unudandır.



*****

Həqiqi təvəzökarlıq – bütün fəzilətlərin mənbəyidir.



*****

Təvəzokarlıq və ismətdən ayrı inam ola bilməz.



*****

Xeyir iş görməkdə inadkar olun.



*****

Müqəddəs o adamdır ki, xeyri görəndə Allaha təşəkkür edir, bədbəxtliyə
düçar olanda isə səbrlə onu aradan qaldırır; belələri Allah tərəfindən
həmişə mükafatlandırılırlar.



*****

Həqiqət yolunu tapan adamlar hərgah mübahisəyə qoşulmasalar həmin yoldan çıxmazlar.



*****

Allahın ən böyük düşməni özlərini mömin adlandırıb yalanla məşğul olan və insanların qanını vəhşicəsinə soranlardır.



*****

Məzar – əbədiyyatıın birinci pilləsidir.



*****

Ən müqəddəs müharibə odur ki, insan özünə qalib gəlir.



*****

Bir saat görmək bir il sitayiş etməkdən yaxşıdır.



*****

İbadət – möminin ruhunu ucaltmaqla onu Allaha qovuşdurur.



*****

Ölüm dostları bir-birinə bağlayan körpüdür.



*****

Mömin Allahın iradəsinə sədaqətlə və onun mərhəmətinə ümidlə ölür.



*****

Gözün zinakarlığı – özgə arvadına ehtirasla baxmaqdır; dilin zinakarlığı – Allahın iradəsinə zidd danışmaqdır.



*****

Adamların – kişi və qadınların Allaha xidmət əvəzinə zinakarlıq etmələri kimi heç nə Allaha zidd ola bilməz.



*****

Allah o adamlarla mərhəmətlidir ki, çörəyini minətlə deyil, öz əməyi ilə qazanır.



*****

Bədbəxtlik də mükafat həcimindədir. Başqa sözlə, kim nə qədər bədbəxt
və uğursuzdursa onun mükafatı da o qədər tam və yüksəkdir.



*****

Həqiqətən Allah adamı sevdiyi qədərdə bədbəxt edə bilər.



*****

Məhəmməd peyğəmbər öz məhzəbinə qovuşandan sonra sadəcə olaraq dedi: "
Ya Rəbbim! Sənə inamda möhkəmliyim, düz yolla getməyə hazır olmağım,
sənin gözündə mərhəmət qazanmağım və surətini qəlbimdə yaşatmağım üçün
ibadət edirəm. İbadət edirəm ki, Sən mənə nöqsandan xali olan günahsız
ürək və doğru danışan dil verəsən. İbadət edirəm ki, nəyi fəzilət
billirsənsə, onu qəbahətdən qoruyub mənə agah olan günahlarımı
bağışlayasan.



*****

Bilirsənmi ki, bizim inamımız mehvərindən qopur və onu sarsıdan nədir?
Buna bais təfsirçilərin səhvləri, ikiüzlülərin sözləri və yolunu
azanların hökmüdür.



*****

Qadın – kişinin ikinci yarısıdır.



*****

Bilik unudulanda zərər çəkir, lakin onu ləyaqətsizlərə verəndə tamam məhv olur.



*****

Bizim inamımız adından və Quranın görkəmindən başka heç nə qalmayacağı
dövr uzaqda deyil. O zaman məclislərdə artıq nə təlim, nə Allaha itaət
olmayacaq. Onda alimlər yer üzündə yaşayanların ən pisinə çevriləcəklər.
Mübahisələr və çəkişmələr onlardan törəyəcək və onların özlərinə
qayıdacaqdır.



*****

Biliyə can atmaq hər bir mömin üçün Allah əmridir; lakin nalayiqlərə
bilik öyrətmək donuzun boynuna mirvari, qiymətli daşlr və qızıl
düzməkdir.



*****

Öyüd-nəsihət üç cür olur: eləsi var ki, şübhə doğurmayan həqiqətdir –
ona əməl et; eləsi də var ki, müəmmalıdır – onların izahını Allahdan
istə.



*****

Möminlər ölmürlər, onlar yalnız fani dünyadan əbədiyyətə köçürlər.



*****

Həqiqi möminlər uğurlu günlərində Allaha minatdarlıq edir və bəd ayaqda onun iradəsinə sığınırlar.



*****

Allaha ümid et, amma dəvəni bağlamağı unutma.



*****

Dünya və ondan olan nə varsa qiymətlidir; ancaq onların ən qiymətlisi – fəzilətli qadındır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!