Novruz bayramı Orta Asiya ölkələrində

Novruz bayramı Orta Asiya ölkələrində
Maraqlı məlumatlar
10.09.2017 18
Türkmənistan

Novruz 1922-ci ildə türkmən xalqının qeyd etdiyi rəsmi bayramları
sırasına daxil olmuşdur. Bubayram iki gün yəni, 21-i və22-sində
keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar. Ölkəďə
onun gəlişinə bir il qabaq hazırlaşırlar. İki gün əvvəlsə ev və
həyətyanı sahədə dərindən təmizlik işləri aparılır, milli xörəklər
bişirilir. Türkmənlərə görə süfrə həmin gün dopdolu olmalı, bu ərəfədə
insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər
çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər
bolluq olar. Burada Novruz bayramının simvolu Novruz baba və gənc
Bahargül hesab olunur. Səmənidən hazırlanan xörəklərin bayram
süfrəsindəyer almasına xüsusi olaraq fikir verilir. Onlar səhərdən ağ
mərmərli Aşqabadı qarışbaqarış gəzərək şəhər əhli və qonaqları
salamlayırlar. Axşama yaxınsa şəhər amfiteatrı bayramın əsl episentrinə
çevrilir.



Qırğızıstan

Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün
doğulan oğlanlara adətə görə Novruzbəy, qızlara isə Novruz və ya
Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa yaxşı əlamət hesab
olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini yağan
qarla müqayisə edirlər. Bayramda üzərinə dadlı təamlar düzülmüş ağappaq
dəstərxan-süfrə salınır. Süfrədə un qstılmış səməni, yağ və şəkərdən
hazırlanmış sumelek mütləq olmalıdır. İnsanlar mənzillərini qaydaya
salır, təzə paltar geyinir, küsülülər barışırlar. Hələ audıraspek adlı
oyundan danışmırıq. Bu zaman oğlanlar bir-birini atdan salmalıdırlar.
İndinin özündə də Bişkek şəhərinin mərkəzi meydanı "Alatao" və digər
rayon mərkəzlərində səhnəciklər təşkil olunur. Cıdır meydanlarında at
yarışı keçirilir. İnsanlar şərqin ənənəvi xörəyi olan plova da qonaq
olurlar.



Qazaxıstan

Qazaxlar Novruzu Nauruz adlandırırlar. Bu söz yazln doğulması
mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, "Ulus kunı
(yeni ilin birinci günü)" və ya "UlıstınUlı Kunı (xalqın böyük günü)".
Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir,
bir-birilərinə qonaq gedirlər. Mərasimin əsas yeməyi tərkibinə 7
inqredient daxil olan naorız-kojedir. O həyatın 7 elementini simvolizə
edir. Bunlar ət, su, duz, yağ, un, taxıl və süd daxildir. İnqredientlər
isə öz növbəsində şadlıq, uğur, müdriklik, sağlamlıq, firavanlıq, sürət
və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına naorız-koje olan 7
piyalə qoyulmalı, hər kəs 7 evə qonaq getməli, və öz evinə 7 nəfəri
dəvət etməlidir. Kazaklar bir-birilərini "koktem tudı" (yazın doğulması
deməkdir) deyərək təbrik edir. Axşama yaxınsa akınların ( aşıqların)
dombra alətinin müşayiəti ilə deyişməsi-altıs başlayır. Bu səhərə kimi
davam edir. Xeyri daha çox tərif edən qalib gəlir. Qazaxıstanda  Novruz
bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.



Özbəkistan

Bu gün bayram menyusuna xüsusi olaraq fikir verilir. Süfrədə mütləq
şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili
pirojkilər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd  etməliyik.
Belə ki, bişməsi 24 saat çəkən bu xörəyin hazırlanmasında yalnız
qadınlar iştirak edir və bu əməlli-başlı mərasimdir desək yanılmarıq.
Belə ki, cücərmiş buğda dənələri iri qazana tökülür və tünd rəng alınana
kimi qarışdırılır. Yaz haqqında nəğmələr oxunur. Qazanın dibinə isə daş
və y qoz yerləşdirilir.Sumalak fincanına daş və ya qozun düşməsi ilin
uğurlu olması deməkdir. Burada Novruzla əlaqədar olaraq buzboşi və ya
kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər
bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar.
Kupkariyə bayramdan 7-10 gün qabaq hazırlıq görülür. Ağsaqqallar bir
yerə toplaşır, oyunun qaydalarını müzakirə edirlər. Atı seçəndə xüsusi
olaraq diqqətli olmaq tələb olunur. Belə ki, onun cəldliyi və alçaqboylu
olması əsas şərtlərdən biri kimi qəbul edilir. Sonra geyim
seçilməlidir. Paltarın oyunçuların bir-birinə endirdikləri qamçı
zərbələrinə davamlı olması mütləqdir. Ona görə də iştirakçılar sırıqlı
pambıq xələt və şalvar geyinməli olurlar. Qalib gələn şəxsə xalça,
sırıqlı yorğan və ya xələt hədiyyə olunur.



Türkiyə

Türklər belə hesab edirlər ki, martın gəlişi ilə qış qurtarır.
Qaziantep və onun ətrafındakı ərazilərdə martın 22-si "Novruz sultan"
adlandırılır. Diyarbəkirdə insanlar gəzintiyə çıxırlar. Evə gələn adamsa
müxtəlif növ meyvələrə  qonaq edilir. Tuncəlidə kişilər alınlarına qara
rəng vuraraq su mənbələrinə doğru hərəkət edir, burada onlar rəngi
axıdır və dua edirlər. Mərkəzi Anadolud Novruz bayramı "mart doqquzu"
kimi də tanınır. Anadoluda keçirilən digər mərasimlərə ağacları mart
günəşinin şüalarından qorumaq üçün onlara parçaların (mart lenti)
sarınmasını misal çəkə bilərik. Bu xüsusən də Giresun şəhəri üçün
xarakterikdir. Təkirdağda  Novruz soyuq günlərin bitməsi və yazın
gəlməsi hesab olunur və "Nobruz şənliyi" adı altında qeyd olunur. İzmir,
Uşaq, Sivas və Şəbinkarahisarda ənənələr eyni olaraq qalır. Mart ayı
yeni ilin başlanğıcı hesab olunduğu üçün onun ilk 12 gününə görə ilin
necə keçəcəyi müəyyənləşir. Novruzda s hərfi ilə başlayan 7 təam yemək
məsləhət görülür.



Azərbaycan

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın
gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan
kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq
arzulamış, bayrama 4 həftə qalmış, hər çərşənbə axşamı və bayram günü
tonqal qalamaqla, mahnı qoşmaqla bayramı qarşılayır. Bütün bu mərasimlər
İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlk işləri
aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal,
külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) Və plov bişirilir.
Rəngarəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam
yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad
edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay
göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzəpaltar geyib,
çalıb-oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü
tuturlar. Novruz bayramında "haxışta", "bənövşə", "kos-kosa" oynayırlar.
Baharın əsas simvolu olan Bahar qızış Kosa və Keçəldir. Adətə görə
süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!