Bermud üçbuçağı-şeytan adası

Bermud üçbuçağı-şeytan adası
Maraqlı məlumatlar
10.09.2017 15
Bermud
Şeytan Üçbucağı, Atlantik Okeanında çox sayda təyyarə və gəminin
itdiyi, bəzi paranormal hadisələrin yaşandığı bölgənin adıdır. Bu bölgə
Amerikan sahil qoruma təşkilatının 7 saylı bölgə müdirliyinin 5720 saylı
raportunda belə təsvir edilməkdədir: "Bermud üçbucağı ya da şeytan
üçbucağı deyə bilinən xəyali yer, Atlantik okenaında, ABŞın cənub-şərq
sahillərində, açıqlana bilməyən , gəmi və təyyarə itkilərinin çox olduğu
bir sahədir. Bu üçbucağın künclərində Bermud adaları , Florudadakı
Miami, və Puerto Ricodakı San Juan . yerləşir



Kimsənin şərh edə bilmədiyi bu əsrarəngiz fenomen, içində elm
adamlarının da olduğu bir çox insan tərəfindən "fövqəltəbii bir sıra
güclərin ərazisi" hesab edilir. Bu şərhlər arasında itkin Atlantidanında
bu yerdə yoxa çıxdığı düşünülür(bu fərziyyəyə görə atlantik okean bu
adla adlandırılıb) İtkin Qitənin heç bir zaman aydın ola bilməyən
texnoloji və maqnetiksahələrdən birinin təsirindən və ya o bölgənin
dəfələrlə başqa planetli varlıqların ziyarətlərində orada yaratdıqları
maqnetik sahənin bir təsiri olduğu, hətta Kristof Kolombun belə tutduğu
gündəliklərdə, o bölgədə səmada uçan təyin oluna bilməz cisimlərdən bəhs
edildiyi iddia edilmişdir. Bu əsrarəngiz üçbucaq ilə əlaqədar olaraq
edilən son iddia isə uzun illərdir davam edən araşdırmaların bir neçə il
əvvəl bir nəticə verdiyinin iddia edilməsi ilə ortaya çıxdı . Bu son
iddia ya görə bütün bu sirrli hadisələr əslində sadə bir təbii qaz
kütləsinin təsirindən idi .



Yeraltından fışqıran təbii qazlar, yalnız yüksək quru parçalarından
deyil, dəniz və okean döşəmələrindən də çıxarlar. Çünki dəniz
döşəmələri də üstü suyla örtülmüş quru parcalarıdır. Ancaq, okeanların
dərinliklərindəki bölgələrdən çıxmaq istəyən təbii qazlar, oradakı
təzyiqində də təsiriylə qatı hala çevrilir və "hidrat" deyilən ağ və
qatı bir maddə halına gəlirlər. Çox dərinlərə dala bilən robot
kameralarının bu bölgədəki ağappaq okean döşəməsini və bəzi gəmi
dağıntılarını şəkilini çəkməsindən sonra mövzuya bu elmi şərh
gətirilmişdir: Bu bölgə, Gulf Stream deyilən isti su axıntısının da
keçdiyi yerdir. Döşəmənin bəzən istiləşməsi üzündən, bu "zəhərli qazlar"
sudan yüngül olduqları üçün səthə doğru yüksələrlər. O anda, döşəmədən
səthə qədər suyun sıxlığı azalar . O sırada oradan keçən nə varsa, dərin
bir quyuya düşər kimi sürətlə okeanın dibini çəkilir Çünki, sıxlığı
düşən su, gəmiləri daşıyacaq qaldırma qüvvətini meydana gətirə bilməz.
Qazın yüksəlməsi sona çatınca sıxlıq təkrar köhnə halına dönər və geridə
heç bir iz qalmadan böyük gəmilər kilometrlərcə dərinə basdırılmış
olarlar.



Təyyarələrin düşərək itməsi isə yenə eyni səbəbdəndir. Səthə çıxan
təbii qazlar, havadan da yüngül olduqları üçün yüksəlməyə davam edərlər.
Bu dəfə sıxlıq azalması, bölgənin üzərindəki atmosferdə meydana gələr.
Oradan təsadüfən keçən bir təyyarə dərhal radarları itirər və
mühərrikləri dayanar. Çünki, mühərriklərdəki benzinin yanması üçün
oksigenə ehtiyac vardır və aşağı sıxlıqlı havanın içindəki oksigen
miqdarı mühərriklərin çalışması üçün kafi deyil. Beləcə təyyarə də ,
sürətlə okean döşəməsinə doğru enişə keçər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!