Novruz bayramını bu qədər sevməyimizin 10 səbəbi

Novruz bayramını bu qədər sevməyimizin 10 səbəbi
Maraqlı məlumatlar
10.09.2017 10
Bu
gün bizim ən çox sevilən milli bayramlarımızdan biri olan Novruz
bayramını qeyd edirik. 4 həftə əvvəldən başlayan bu gözəl bayramın yekun
şənlikləri də bir neçə gün davam edir və bir aydan çox müddətdə bayram
əhval-ruhiyyəsində oluruq. Baharın gəlişini, təbiətin canlanmasını
simvolizə edən bu bayramın bu qədər sevilməsinin yuxarıda qeyd
etdiyimizdən başqa da çox səbəbi var.

Qadınlar.Biz sizə bu bayramı sevimli edən səbəbləri təqdim edir. Bayramınız xoş keşsin!



Xonça



Novruz
xonçaları hər zaman rəngarəng olur. İçində bir-birindən ləzzətli bayram
nemətləri, quru meyvələr, qoz-fındıq, şamlar olan xonça həm
çərşənbələrin, həm də bayram axşamının süfrəsini bəzəyir.



Papaq atmaq



Papaq
atmaq xüsusilə uşaqların ən sevimli əyləncəsidir. Bu bayramda uşaqlar
qonşuların qapılarına papaq atır, gizlənərək onlara hədiyyə ediləcək
nemətləri böyük səbirsizliklə gözləyirlər. Papaq atmaq hətta bir çox
böyüklərin də sevimli məşğuliyyətidir. Qəlbimizdəki uşaq bizi hər zaman
buna həvəsləndirir.



Tonqal



Novruzun
simvollarından biri də atəşdir. Yaşadığımız coğrafi məkanın keçmişindən
gələn alovun Novruzda xüsusi yeri olur. Bayram günü hər məhəllədə
yandırılan tonqaldan "Ağırlığım-uğurluğum tonqalda qalsın,” deyərək
tullanır və bütün pis xatirələrin, hadisələrin keçmişdə qalmasını
arzulayırlar.



Yumurta döyüşü



Xonçanın
digər bəzəyi də rəngli yumurtalar olur. Yumurta döyüşündə məğlub olan
qalibin hər hansı bir istəyini yerinə yetirməlidir. Bu çox əyləncəlidir!



Şam yandırmaq



Xonçaya
düzülən şamların sayı da bəzi şeyləri simvolizə edir. Belə ki, təkcə ev
sakinlərinin deyil, həm də artıq həyatdan köçmüş doğmaların sayına
uyğun şamlar yandırılır. Onların da xatirəsi bayram axşamı yad edilir.



Yallı getmək



Yallı
rəqsi birlik və bərabərliyi simvolizə edən qədim rəqslərdən biridir. Bu
bayramda tonqal ətrafında dostlarınızla yallı getməyi unutmayın.



Qulaq falına çıxmaq



İnanca
görə, ürəyində arzu tutub, istənilən qapını seçib, dinləməyə
başlayırsan. Əgər gizli dinlənilən evdən xoş söz eşidilərsə, bu arzunun
yerinə yetəcəyinə işarədir.  Xoş söhbət eşidilmədiyi halda isə arzu
yerinə yetməyəcək. Xürafat da olsa, bayramı əyləncəli edən adətlərdən
biridir.



Baharın gəlişi



Novruzun
özü təbiət hadisəsini təmsil edir. Mart ayından havaların isinməsi,
təbiətin oyanması, güllərin açması insana müsbət aura bəxş edir və
enerjini artırır. Elə bunun özü Novruz bayramının ən sevilən bayram
olması üçün əsas səbəblərdən biridir.



Çərşənbələr



Hər
il günün bərabərləşməsindən öncəki dörd çərşənbə axşamı kiçik bayram
olaraq qeyd olunur və bir növ Novruza hazırlıq gedir. Hər çərşənbə isə
kainatın əsası olduğu iddia olunan 4 ünsürün adları ilə təqdim olunur.
Birincisi su, ikincisi od, üçüncüsü torpaq və sonuncu çərşənbə isə yel adlanır.



Özünəməxsus olması



Novruza
xas olan xüsusi ritualların bolluğu bu bayramı daha özəl edir. Baharın
gəlişi bir çox dünya xalqaları tərəfindən qeyd olunsa da, Novruz sadəcə
Azərbaycan, İran və ətraf xalqlar tərəfindən təmtəraqla qeyd olunur. Bu
da həmin bayramı daha maraqlı edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!