Azərbaycan Manatı üzərindəki təsvirlər nədən danışır?

Azərbaycan Manatı üzərindəki təsvirlər nədən danışır?
Maraqlı məlumatlar
10.09.2017 29
AZƏRBAYCAN MANATI – 1 manatlıq əskinas

   

Mədəniyyət mövzusuna həsr olunmuşdur. Əskinas
120 x 70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Əskinasın üz
tərəfində Azərbaycanın milli musiqi alətlərinin – Tar, Kamança və Dəfin
qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının
naxışları vardır. Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya
inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri
verilmişdir.



Mühafizə elementləri:

Əskinasın
üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və
dizaynı (su nişanı), işıqda görünən "MANAT”, möcüzəli rəqəm (yaşıldan
tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra
bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol
tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər
vardır.



5 Manatlıq əskinas

Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur. Əskinas
120 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz
tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap
olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya
inteqrasiyasının xəritələrlə təsviri verilmiş,Azərbaycanın inkişaf
tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey əlifbası, müasir
yazımız çap edilmişdir.



Mühafizə elementləri:

Əskinasın
üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən
rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT”, möcüzəli rəqəm
(yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal,
ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap,
sehirli xətlər, ultra bənövşəyi elementlər vardır.



10 manatlıq əskinas

Tarix mövzusuna həsr olunmuşdur. Əskinas
134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz
tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala
divarlarının fonunda verilmişdir.Əskinasın arxa tərəfində Azərbaycanın
Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının
tipik naxışları çap edilmişdir.



Mühafizə elementləri:

Əskinasın
üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və
dizaynı (su nişanı), işıqda görünən "MANAT”, möcüzəli rəqəm (yaşıldan
tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi
işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə
sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.



20 Manatlıq əskinas

Qarabağ mövzusuna həsr olunmuşdur.

Əskinas
134 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz
tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı
Bülbül” təsvir olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya
inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap
edilmişdir.



Mühafizə elementləri:

Əskinasın
üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və
dizaynı (su nişanı), işıqda görünən "MANAT”, möcüzəli rəqəm (yaşıldan
tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi
işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə
sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.



50 Manatlıq əskinas

Təhsil və gələcək mövzusuna həsr olunmuşdur. Əskinas
148 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz
tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq
nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir
olunmuşdur.Əskinasın arxa tərəfinində Azərbaycanın Avropaya
inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının
ornamentləri çap olunmuşdur.

Mühafizə elementləri:

Əskinasın
üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və
dizaynı (su nişanı), işıqda görünən "MANAT”, möcüzəli rəqəm (yaşıldan
tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi
işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər,
ultra bənövşəyi işıqda görünən elementlər vardır.

100 Manatlıq əskinas



 İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

Əskinas
155 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz
tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan
manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur.Əskinasın
arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə
təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap
edilmişdir.

Mühafizə elementləri:

Əskinasın
üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və
dizaynı (su nişanı), işıqda görünən "MANAT”, möcüzəli rəqəm (yaşıldan
tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi
işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər,
ultra bənövşəyi işıqda görünən elementlər vardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!