Dilimizin Ucunda olan sözləri niyə xatırlaya bilmirik?

Dilimizin Ucunda olan sözləri niyə xatırlaya bilmirik?
Maraqlı məlumatlar
10.09.2017 8
İnsanın
başqaları ilə ünsiyyətində ən xoşagəlməz anlardan biri, lazımi sözü
yada sala bilməməsidir. Məhz elə bu vaxt böyük bir gərginlik keçirərək
"lap dilimin ucundadır” ifadəsini işlədirik. Bundan sonra isə
vəziyyətdən çıxmaq üçün, "şey”,
"zad”, "nədir onun adı”, "zəhrimara qalsın” kimi kəlmələrlə
vurnuxuruq. Bu söz və ifadələrin mövcudluğu ondan xəbər verir ki,
əşyaların və ya insanların adlarını unutmaq geniş yayılmış
xüsusiyyətlərdən biridir. Bu o qədər geniş yayılıb ki, hətta elmi adı da
var:"letologika.” Yunan dilində
"lete” unutmaq, "loqos” isə söz deməkdir. Bundan başqa qədim yunan
mifologiyasında Leto yeraltı dünyanın 5 çayından birinin adıdır.
Əfsanəyə görə bu çayın suyundan içən ölülər bu dünyadakı hər şeyi
unudurlar.

Lakin
letologika sözünü ilk dəfə psixoloq Carl Jung 20-ci əsrdə işlədib,
hərçənd bu sözün 1915-ci ildə Dorlandın Amerika Şəkilli Tibb Lüğətinə
salındığı da məlumdur. Bu lüğətdə letologika lazımi sözün yada düşməməsi
kimi izah olunur. Alimlərin fikrincə, Yungun tədqiqatlarında mərkəzi
yer tutan yaddaş və unutqanlıq müasir anlamda beynin işlənməsi ilə sıx
bağlıdır.



Alimlər
deyirlər ki, bizim beynimiz kompüter kimi "naqillənməyib”. Kompüterdə
bütün informasiyalar səliqəli şəkildə anbarlanıb və istənilən anda bircə
düymə ilə çıxarıla bilər. Britaniya psixoloqu Tom Stafford deyir ki,
bizim yaddaşımız olduqca maraqlı prosesdir, lakin burada əsas rolu yadda
saxlamağa çalışdığımız predmetlə assosiasiyalar qurmaq qabiliyyətimiz
oynayır. Öz söz ehtiyatımızdan istənilən kəlməni ortaya çaxarmağımız
asan məsələ deyil. Məsələn Oxford lüğətində 600 min söz var, lakin bu da
milli leksikonun zənginliyini tam əks etdirmir.

Hər
bir adamın danışıqda və yazıda işlətdiyi fəal söz lüğətinin həcmi
kifayət qədər kiçikdir. Lakin Britaniya filoloqu David Christall-ın
fikrincə, fəal lüğətdə hər halda 50 minədək söz olur. Bu mənada insanın
bildiyi və gündəlik nitqində işlətmədiyi sözlərin sayı qat-qat
çoxdur. Alimlərin fikrincə, insan məhz bu passiv lüğətə daxil olan sözlərin yada salınmasında çətinlik çəkir.



Biz
çox vaxt nadir hallarda işlətdiyimiz sözləri, məsələn adam adlarını
unuduruq. İnsan düşüncəsi öz təbiəti etibarilə assosiativdir. Yəni biz
sözləri ayrılıqda yox, qruplarla yadda saxlayırıq. Məsələn stüardessa,
təyyarə, qanad, hava limanı kimi sözləri biz "küll halında” yadda
saxlayırıq. Əgər hər hansı bir sözü heç cür yada sala bilmiriksə, bu o
deməkdir ki, beynimizdə həmin sözlə əlaqədar assosiasiyalar yarada
bilməmişik.

Letologika
bizim sözləri yada sala bilməmək xüsusiyyətmizdir, lakin həm də həmin
sözün "izini” tapa bilməməyimizdir, hərçənd bilirik ki, axtardığımız söz
hardasa beynimizin dərin qatlarlında mövcuddur. Mark Gwynn zarafatla
yazır ki, bəlkə bizim də həmin o Leto çayından içməyimizdən fayda
olardı. Bütün lazımsız informasiyaları silib təmizləyər, beynimizi
yalnız lazım olanlarla doldurardıq.

*Yazı BBC Future üçün Mark Gwynnin yazdığı material əsasında hazırlanıb.*скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!