Çox yatın, arıq olun

Çox yatın, arıq olun
Maraqlı məlumatlar
10.09.2017 42
Heç
bir iş görmədən arıq qalmaq mümkündürmü? Bəli! Mütəxəssislərin
fikrincə, kifayət qədər yatmaq orqanizmdə çəki artımının qarşısını alır.
Tədqiqatçılar belə bir nəticə çıxarıblar ki, yuxusuzluq iştahanı
artırır, bu da piylənməyə səbəb ola bilər. Kaliforniyanın Stenford
Universitetində aparılan müşahidələr, az yatan insanların çəkilərinin
çox olduğunu göstərib. Nə üçün? Qısamüddətli yuxu iştahanı artıran
qrelin və leptin hormonlarını oyadır və sən daha çox qida qəbul etməyə
məcbur olursan. Yuxu zamanı orqanizm maddələr mübadiləsi və bir sıra
hormonal dəyişikliklərdən keçir, kifayət qədər yuxu almadıqda isə bu
proses pozulur. İndi isə get yat - bədənin sənə minnətdar olacaq. 

Süstlüyə yox de!

Süstlükdən əzab çəkməməyin ən yaxşı yolu hansıdır? İçki içməmək. Bəs
ikinci ən yaxşı üsul? "Qeyri-sağlam həyatda sağlam bələdçi" kitabının
müəllifi Devid Kleytonun təqdim etdiyi üsulları bir-bir yadda saxlamaq.
Qonaqlığa getməzdən əvvəl... İki stəkan su iç. Süstlüyün əsas
səbəblərindən biri orqanizmdə susuzlaşmadır. Ona gürə də əvvəlcədən
bədənini ona lazım olan maye ilə doldur. Qida qəbul et. Qonaqlıqdan
əvvəl qəbul etdiyin qida mədəndə uzun müddət qalacaq və alkoqolu canına
çəkməyə imkan verməyəcək. 

İçən zaman... Yüngül alkoqola müraciət et. Tünd içkilərin (brendi və
ya viski) tərkibində daha çox toksin olur. Bu da növbəti gün başağrısına
və ürəkbulanmasına gətrib çıxarır. Red Bul kim kofein qarışıqlarından
çəkin. Kofein bədəndə susuzluğu daha da artıra bilər. 

Evə qayıdanda... Özünlə qəlyanaltı götür. Karbohidrat və tərəvəzlə
zəngin olan qidalar qanda şəkərin aşağı düşməsinin qarşısını alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!