İnsanlar ən çox bu 3 şeydən qorxur

İnsanlar ən çox bu 3 şeydən qorxur
Maraqlı məlumatlar
10.09.2017 28
Fyodor
Mixayloviç Dostoyevski bir zamanlar demişdi: "Bir çox insanlar üç
şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur." Həqiqətən də,
bu günkü cəmiyyəti və sırf öz hisslərinizi düşündükdə bu sözlərin nə
qədər həqiqət olduğunu anlaya bilərsiniz. Bəs bunun səbəbləri nədi və
biz bununla necə mübarizə apara bilərik.

1. İnsanlara etibar etməkdən qorxuruq.
Geridə
qoyduğumuz həyat yolu dost xəyanəti, yalan, saxtakarlıq və məyusluqla
doludur. Həyat bizə yaxşı dərslər verib və bu dərslərdə aldığımız
yaraları sağaltmaq da çətindir. İnsanlara güvənmək günbəgün çətinləşir
və hər keçən il güvənmək hissimizi tədricən itiririk. Yaş artıqca
insanları daha tez tanımağı və məqsədlərini anlamağı öyrənirik.

Bu
təcrübə və biliklərlə yaşamaq çətinləşir, lakin bizi daha müdrik etdiyi
ən böyük həqiqətdir. Qəlbimizin isə qəribə bir xüsusiyyəti var – o, bir
gün mütləq sağalır. Bunun olması üçün isə, insanlardan uzaqlaşmamaq
lazımdır. Nə baş verməsindən asılı olmayaraq – sevmək və sevilmək
lazımdır. Bir və ya bir neçə insana görə bütün insanlar haqqında hökm
çıxarmayın. İnsanlara şans verin, lakin bu dəfə daha ağıllı və ehtiyatlı
seçim etməyə çalışın.

2. Həqiqətlərdən qorxuruq
Uşaqlıqdan
bir çoxumuza kiçik yalanların daha böyük yalanlara yol açdığını
öyrədirdilər. İstənilən yalan özü ilə irili-xırdalı problemlər gətirir
və siz durmadan yalan danışmağa məcbur olursunuz. Biz çox nadir hallarda
bütün həqiqəti deyirik, düşünürük ki, həqiqətlər bizim gələcək xoşbəxt
həyatımıza maneə törədə bilər.

İstənilən
situasiyada həqiqətləri birbaşa deməyi öyrənin. Yalan danışmayın,
susmaq bu halda daha yaxşıdır, nəinki yalan danışmaq. Heç bir şübhə
olmadan etibar edilən insana çevrilməyə çalışın.

3. Özümüz olmaqdan qorxuruq
Dünya
bizə "oynamağı" öyrədib. Hər gün yorulmadan oynamağa davam edirik.
Ətrafımızda olan bütün insanların yanında özümüz kimi olmağa özümüzə
icazə verə bilmirik. Maskalar bizim gündəlik aksessuarımıza çevrilib.
"Özün kimi olmaq" ifadəsi indi çox dəbdə ola bilər, lakin heç kim bunu
etməyə cəsarət edə bilmir.

Özünüzün
nə istədiyinizi hər zaman yadda saxlayın. Öz arzularınıza doğru addım
atın. Başqa insanların yanında rahat davranmağa özünüzə icazə verin. Hər
zaman və hər yerdə yaşamağa çalışın. Yanınızdan ötüb keçən insanların
haqqınızda düşünüyü şeylər nə qədər əhəmiyyətli ola bilər ki?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!