İnanılmaz təcrübə: 10 dəqiqə kiminsə gözlərinə baxmaq

İnanılmaz təcrübə: 10 dəqiqə kiminsə gözlərinə baxmaq
Maraqlı məlumatlar
10.09.2017 26
Stulda
oturmusunuz. Qarşınızda kimsə var. Bir-birinizin gözünün içinə
baxırsınız. Bəs biz sizə həmin insanın gözlərinə 10 dəqiqə qədər qısa
müddət baxaraq beyninizin alt-üst olacağını desək, inanarsınız? Həm də
heç bir narkotik vasitə olmadan..

10 dəqiqə ərzində güzgüdə özünüzə baxsanız, nələr görərsiniz?
Ağlınıza
o saat LCD gəlməsin, LCD-ni unudun. Yeni bu təcrübədə yeganə narkotik
gözlərdir. Bütün müddət gözlərə uzun müddət baxmaqdadır. Belə aydın olub
ki, bu insanların şüurlarında dəyişikliyə səbəb olur. Bunu İtaliyadakı
Urbino Universitetin görmə qabiliyyəti üzərində araşdırma aparan
tədqiqatçısı Giovanni Caputo kəşf edib. Lakin bu onun ilk belə
uzunmüddətli baxış yarışı deyil. Bir neçə il əvvəl alim 50 könüllü
toplayaraq, zəif işıqlı otaqda 10 dəqiqə ərzində öz əkslərinə baxmağını
istəmişdi. Bir çoxlarının qəribə şeylər görməsi üçün bir dəqiqədən az
vaxt tələb olunmuşdu.

Mövzu üzərində aparılan təcrübə
Üzləri
dəyişməyə, heyvanların, qorxunc varlıqların və ya ölmüş ailə üzvlərinin
üzləri kimi görünməyə başladı. Bu təcrübə təxəyyül gücünə əsaslanaraq
adlandırılan "qəribə üz illüziyaları” kimi də tanınır. Lakin, güzgü
əvəzinə qarşınızda duran bir insana uzun müddət baxanda ortaya çıxan
təsirlər daha qəribə və maraqlıdır.
Caputo
40 gənc toplayaraq, onları cütlüklərə ayırdı. Cütlüklər zəif işıqlı
otaqda 1 metr aralı qoyulmuş stullara əyləşdilər. Otağın işıqlandırması
elə quraşdırılmışdı ki, cütlüklər bir-birinin üz xüsusiyyətlərini görə
bilir, lakin rəng qavrayışları aşağı düşmüşdü. Cütlüklərdən yarısı
üzbəüz oturaraq, bir-birilərinin üz ifadələrini izləyir. Digər cütlüklər
isə arxa-arxaya oturaraq, divara baxırlar. Hər hansı bir psixoloji
təsirin formalaşmadığından əmin olmaq üçün, iştirakçılara təcrübənin
məqsədlərindən bəhs edilməmişdi. Əvəzində meditasiya tipli bir təcrübə
ediləcəyi deyilmişdi.

Alınan nəticələr çox maraqlıdır
10
dəqiqə sonra iştirakçılar otaqdakı təcrübələri haqqında anket
doldururlar. Sorğular maraqlı nəticələri ortaya çıxarır. Otaqda
bir-biriylə üzbəüz oturan cütlüklər zəiflədilmiş rəng sıxlığını əksinə
daha güclənmiş görüb, səsləri də olduğundan daha yüksək kimi təsvir
ediblər. Onlar üçün zaman yavaşlamış və özlərindən keçmiş kimi hiss
edirdilər. Cütlüklərdən bir çoxu partyorlarının üzünü
biçimsiz gördüklərini, bəziləri qorxunc varlıq gördüklərini,
digərləriysə partnyorlarının üzündə qohumlarının simasını gördüklərini
söyləyir.

Hallusinasiyalar reallığa çevrilir.
Caputo’nun
dediyinə görə, təsvir edilən bu hisslər insanın reallıqla olan
əlaqəsinin qopması olan "dissosiasiya”nın əlamətləridir.

Troxler Effekti
Bir
nöqtəyə uzun müddət baxsaq, mərkəzdən başqa digər bütün şəkillər
yavaş-yavaş yox olmağa başlayar. Bu hal "Troxler effekti” olaraq
tanınır. Lakin bu effekti təcrübədə olanlara aid edə bilmirik, çünki
onlarda ətrafın yox olması əvəzinə, qəribə görüntülər görmək halları
müşahidə edilib. Scientific American’ın bu məsələ üçün açıqlaması daha
inandırıcıdır: Əgər görüntüdə hər hansı bir boşluq və çatışmazlıq varsa,
beyin bu əksikliyi gözlənti və ya təcrübələrlə doldurmağa başlayır.
Caputo təcrübəsinin hələ başlanğıc mərhələsində olduğunu deyir. Yəni, hələ bu mövzuda öyrənəcəyimiz çox şey var!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!