İstədiyiniz şeylərin olması üçün 3 vacib addım

İstədiyiniz şeylərin olması üçün 3 vacib addım
Maraqlı məlumatlar
10.09.2017 12
Bir
çoxumuz xəyal etdiyimiz, istədiyimiz həyatı yaşamırıq. Uşaq vaxtı
müəllim, həkim, kosmonavt və ya kapitan olmağı arzulayırdıq. İndi isə
sadəcə istirahətə getməyi və ya sevmədiyimiz işdən çıxıb yeni iş tapmağı
istəyirik. Bəs bu xəyalların hansılarını reallaşdıra bilirik?

İnsan
böyüdükcə xəyalları da inkişaf edir və təkmilləşir, onları
reallaşdırmaq daha da asanlaşır. Bu gün qurduğunuz xəyalları həyata
keçirmək uşaqlıq arzularımızla müqayisədə qat-qat daha
asandır. Xəyallarınızı gerçəkləşdirmək üçün etməli olduğumuz bir neçə
vacib şey var.



1. Layiq olduğunuza inanın

Bəzən
yaxınlarınızın sizin haqqınızda dediyi təriflər qarşısında üzünüz
qızarır, hətta əsəbiləşirsiniz. Hiss etdiyiniz o qəzəbin əsas səbəbi isə
bütün bu təriflərə layiq olmadığınızı düşünməyinizdir. Halbuki, sizinlə
bağlı tərif dolu sözləri söyləməklərində yeganə məqsəd, sizin
dəyərinizi başqalarına da çatdırmaqdır. Ancaq hamımızın içində eyni
qorxu var – bir gün kiminsə gəlib əldə etdiyimiz bütün uğurlara və
başqalarının təriflərinə layiq olmadığımızı deyəcəyindən qorxuruq.
Xəyallarınızın arxasınca getmək üçün əvvəlcə onlara layiq olduğunuza
inanın. Bu inam getdiyiniz yolu həm asan, həm də əyləncəli edəcək.



2. Bacarıqlarınızı kəşf edin

Həqiqi
azadlığı bir addım atmaqla əldə edə bilməzsiniz, bunun üçün daha uzun
yol qət etməlisiniz. Həyata keçirmək istədiyiniz hər xəyal üçün içinizdə
gizli qalmış bir istedadın olduğunu unutmayın. Yeganə etməli olduğunuz
şey düzgün addımlar ataraq, həmin istedadı aşkara çıxarmaqdır. Bunun
üçün isə daima öyrənmək lazımdır. Qabiliyyətlərinizi ortaya çıxarmağın
mövcud olan yeganə yolu öyrənməkdən keçir.



3. Mübarizəyə davam edin

Səyahətin
hər addımı yeni və maraqlıdır. Həyatı öz istədiyiniz şəklə salmaq
istəyirsinizsə, bunun üçün dayanmadan çalışmaq lazımdır. Bir çox insan
illər keçsə də, yaşamaq istədiyi həyata doğru heç bir addım atmır.
Gündəlik qayğılar, beynimizdə şişirtdiyimiz maneələr bizi hər şeydən
soyudur və addım atmaq istəyimizi sıfıra endirir. Özünüzü həvəsləndirən
şeyləri tapın və istədiyiniz həyat uğrunda mübarizə aparın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!