Qərarlarımıza təsir edən hiyləgər tələlər

Qərarlarımıza təsir edən hiyləgər tələlər
Maraqlı məlumatlar
10.09.2017 7
Hər
gün həyatımıza dair yeni qərarlar qəbul edir və ya bu barədə düşünməyə
başlayırıq. Lakin çox vaxt xəbərimiz də olmur ki, bizim qərar qəbul etmə
mexanizmimizə təsir edən şüuraltı amillər mövcuddur. Bəli, biz qərar
qəbul edərkən tələyə düşə bilər, nəticədə də həyatımızla bağlı düzgün
olmayan qərarlar qəbul edə bilərik.



Gəlin bu barədə məlumatlı olmaq üçün, həmin psixoloji tələləri birlikdə nəzərdən keçirək:

Lövbər salmaq tələsi: İlk təəssüratların sonrakı düşüncə və mühakimələrə təsiri.

Status-kvo tələsi: Status-kvonu qoruyan alternativlərə daha meylli olmaq.

Batmış xərc tələsi: Keçmiş seçimlərimiz səhv olsalar da, haqlı çıxarmağa çalışırıq.

Təsdiqedici sübut tələsi: Bir şeyi etmək istəyirik, sonra da bunun üçün haqlı və ya haqsız səbəblər tapmağa çalışırıq.

Sərhədləndirmə tələsi: Əsasən psixoloji olan bu tələ rəsmi tam görməmək, sərhədlərini aşa bilməməkdən irəli gəlir.

Hədsiz inam tələsi: Özünə inan, lakin həmişə haqlı olduğunu düşünmə!

Təmkin tələsi: Hədsiz ehtiyatlılıq, risk etməmək, ayağını yorğana görə uzatmaq.

Yaddaş tələsi: Gələcək hadisələr üçün yalnız keçmişdəki hadisələri nümunə kimi görmək.

Yadda
saxlamaq lazımdır ki, qərarların qəbulu prosesində mümkün qədər
reallığa yaxın olmaq və məntiqlə düşünmək önəmlidir. Bu təkcə məntiqlə
qərarlar verməlisiniz anlamına da gəlmir, bəzi hallarda rasional və
emosional cavablar birləşərək sizin qərarınızı düzgün tərəfə çəkə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!