Niyə başlanğıc meridianı Londondan tanınır?

Niyə başlanğıc meridianı Londondan tanınır?
Maraqlı məlumatlar
10.09.2017 41
Bir
çoxlarımız biliri ki Qrinviç meridianı vəya Başlanğıc meridian Böyük
Britaniyanın paytaxtı Londondakı Qrinviç qəsəbəsində yerləşən Qrinviç
rəssədxanasından keçir. Bu meridian sıfırıncı meridianda adlanır.Amma
niyə sıfırıncı meridianın Qrinviçdən keçdiyini fikirləşmisiniz ? Dünyada
100-cə böyük və qədim şəhərlər olmasına baxmayaraq başlanğıc meriddina
kimi Qrinviç götürülüb. Coğrafiyanın beşiyinin yaxın şərq olduğu halda
Qrinviçin seçilməsi sizcə düzgündür ?...
Başlanğıc
meridianı seçilmədən əvvəl hər bir ölkənin xəritə prodüserləri
başlanğıc uzunluğu olaraq öz milli rəsədxanasından keçən meridianı əsas
götürürdülər. Məsələn Amerikanlar Vaşinqtonu, Fransızlar Parisi
(Sen-Luis kilsəsi), Ərəblər Qüds şəhərini, İngilislər isə Qrinviçi
başlanğıc meridian hesab edirdilər.

Ancaq
coğrafi kəşflər və xəritəçəkmə məsələlərində İngilislər öndə olduqları
üçün bir çox ölkənin dənizçiləri İngilis xəritələrindən istifadə
edirdi.Elə buna görədə1884-ci ildə Beynəlxalq Meridian Konfransında
alınan bir qərara əsasən başlanğıc meridian kimi Qrinviç götürülmüşdür
və digər ölkələrlə də başlanğıc meridianı qəbul edilmişdir. Bu tarixdən
sonra başlanğıc meridianı Qrinviç rəsədxanasının yerləşdiyi yer kimi
qəbul edilmişdi. Rəsədxana 1948-58-ci illər arasında başqa bir yerə
daşınsada əvvəl olduğu yer 0-cı meridian kimi qalmışdır.

Qrinviç
başlanğıc meridianı seçilməsinin digər bir səbəbi də 0° meridianı ilə
tam bir çevrə yaradan 180° meridianı dünyada tarix dəyişikliyinə yol
açmasıdır. Qrinviç başlanğıc qəbul olunanda 180° meridianı Böyük Okeanın
(Sakit Okeanın) tam ortasından keçdiyindən bir neçə kiçik ada ölkəsi
xaricində tarix dəyişikliyinə yol açmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!