Xanımböcəyi

Xanımböcəyi
Maraqlı məlumatlar
10.09.2017 40
Biri
vardı, biri yoxdu, rəngbərəng dünyamızda balaca boz bir böcək vardı.
Rəngi diqqəti cəlb etmədiyinə görə heç kim onun varlığını hiss etmirdi
və böcək tənhalıqdan çox sıxılırdı. Bu balaca böcək çox zəhmətkeş idi.
Hamıya kömək edirdi, amma heç kim onun əməyini qiymətləndirmirdi. Bütün
həşəratlar parlaq rəngləri ilə öyünür, boz böcəyi saya salmırdılar. 

Balaca böcək qüssələnirdi: 



"Bu necə ola bilər! Allah çox müdrik və səxavətlidir. Yəni o mənə bir az rəng verməyəcək ?” 



Səhər
boz böcək mehriban bir təmasdan oyandı. Günəş şəfəqləri ilə ona sığal
çəkərək nəvazişlə deyirdi: "Əziz balam, sən özünə, öz gücünə inan! Sən
qeyri-adi böcəksən. Hər şey yaxşı olacaq!”. 



Balaca böcək kiminsə onu sevdiyinə, ona inandığına görə çox sevindi və böyük həvəslə işə girişdi. 



O
düşünürdü: "Əgər bütün yarpaqları boz mənənədən təmizləsəm onlar
yamyaşıl olacaq. Yaşıl yarpaqların arasında boz rəngim diqqəti cəlb
edəcək”. 



O
elə həvəslə çalışırdı ki!... Nəhayət, yarpaq-yarpaq, budaq-budaq bütün
ağacları təmizləyib qurtardı. Sonra gördüyü işə tamaşa edib zövq almaq
üçün ətrafına boylandı. Qarşısında gözəl bir bağ gördü. Agacdakı hər
yarpaq ona baxıb pıçııldayırdı: "Sağ ol, sən bizi xilas etdin! Bizə yeni
həyat verdin. Sən hamıdan yaxşısan!”. 



Balaca boz böcək xoş sözlərdən elə təsirləndi ki....dönüb qıpqırmızı oldu. 



İndi
ətrafdakı bütün həşəratların gözü parlaq qırmızı rəngli böcəkdə idi.
Özünü çox xoşbəxt hiss edən balaca böcək ətrafa xeyirxahlıq şəfəqləri
yayır, nəşə saçırdı. Buna görə də onu "Xanımböcəyi” adlandırmağa
başladılar. 



O,
uşaqlarla bərk dostlaşmışdı. Uşaqlar böcəyi əllərinə götürüb onun
səmaya uçmasını və onların istəyini yerinə yetirməsini arzulayırlar. O
da uçub uşaqları sevindirir. Bilir ki, həyatda hər kəs arzuladığı hər
şeyə çata bilər. Sadəcə, özünə inanmaq və çalışmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!