Mark Yuni Brut

Mark Yuni Brut
Maraqlı məlumatlar
10.09.2017 35
Mark
Yuni Brut eramızdan əvvəl 85-ci ildə anadan olmuşdu. Əsilli bir ailədən
idi. Onun babalarından olan Lusiy Yuni Brut tiran Torkvinini ölkədən
qovmuş və ilk konsul olmuşdu. Lusiy öz prinsiplərini güzəştə gedən adam
deyildi. Çarlıq quruluşunu bərpa etməyə çalışan patrislərin sui-qəsdinin
üstünü açmış, onların sırasında olan öz oğullarını da ölümə məhkum
eləmişdi. Lusiy öləndən sonra ona Kapitolidə heykəl qoymuşdular.

Brutun
atasını isə Pompeyin əmri ilə edam etmişdilər. Anası Serviliya ağıllı,
təhsilli bir qadın idi. Dayısı Katon respublikaçıların lideri idi. Qul
müharbələri dövründə Spartakın üsyanının yatırılmasında böyük xidmətləri
vardı. Brut Afinada gözəl təhsil almışdı. Fəlsəfəni, natiqlik sənətini dərindən öyrənmişdi. Platonun fəlsəfəsinə vurulmuşdu. Böyük idealistin fəlsəfəsi onu başqa filosofları da dərindlən öyrənməyə təhrik etmişdi.

Miladdan
öncə 49-cu ildə Yuli Sezarla Pompey arasında vətəndaş müharibəsi
başladı.Hər iki tərəf Brutun şəxsi müstəvidə düşməni idi: Pompey
atasının qatili, Sezar isə anasının və bacısının oynaşı. Brut iki od
arasında qalmışdı. O, monarxiyaya nifrəti səbəbindən ata qatili ilə
əməkdaşlığı seçmişdi. Brutun öz tərəfdarları ilə Makedoniyaya – Pompeyin
yanına gəlməsi respublikaçılara böyük rüh yüksəkliyi vermiş, öz
seçimlərində haqlı olmaları qənaəti yaratmışdı. Əvvəllər Brut Pompeyi
görəndə atasının qatilinə olan nifrət onu çulğayır və salam vermədən
keçirdi. Amma Vətənin gələcəyi haqda narahatlıq onları birləşdirdi.
Döyüşlər Makedoniyada gedirdi və Brut ölümü haqda düşünmədən
qəhrəmanlıqla döyüşürdü. Hətta indiki Albaniya ərazisində baş verən bir
neçə döyüşdə uğur da qazanmışdı. Onun həyatı üçün narahat olan Sezar
sərkərdələrə tapşırıq vermişdi ki, Brutu qorusunlar, imkan daxilində
xahiş edib yanına gətirsinlər. Gəlmək istəməsə, narahat etməsinlər.
Ehtimal olunur ki, Sezarın bu hərəkəti onun Brutun anasına olan
münasibətlə bağlı idi: Sezar əmin idi ki, Brut onun döğmaca oğludur.
Plutarx yazır ki, bir dəfə senatda mübahisələr zamanı qəribə bir hadisə
olub. Sezar və Brutun dayısı Katon mübahisə edəndə Sezara bayırdan bir
məktub gətirirlər və o oxumağa başlayır. Bu vaxt Katon qışqırır ki, sən
düşmənlə əlaqə saxlayırsan, onlardan məktub alırsan. Çaxnaşma
yarandığını görən Sezar məktubu sakitcə Katona uzadır. Yazılanın bacısı
Serviliyadan sevgi məktubu olduğunu görən Katon məktubu onun üzünə
çırpır: «Götür, əyyaş…» və müzakirələri davam etdirir… Pompey bu
müharibəni uduzdu və sığınacaq üçün Misirə qaçdı. Amma orada çarın
əyanları Sezarın yaxınlaşdığını hiss edib onu öldürdülər

48-ci
ildə Pompey məğlub olandan sonra Sezar nəinki Brutu bağışladı, hətta
ona məsul vəzifələr də verdi. Özü isə ömürlük diktator titulu aldı. Ona
«Vətənin atası» titulu, dini liderlik statusu verildi. Sezarın qələbə
çaldığı günlər bayram elan olundu. Sikkələrə şəkli həkk olundu,
heykəlini «allahlar»ın heykəlləri ilə bir cərgəyə qoydular. Sezar Senat
üzvlərinin sayını artırdı və oranı öz adamları ilə doldurdu. Bununla da
xalq yığıncaqları öz siyasi əhəmiyyətini itirdi. Burada Sezarın verdiyi
qərarları mütiliklə dəstəkləyirdilər. Amma onun Bruta münasibəti əvvəlki
kimi qalırdı. Bu simpatiyanı hamı duyurdu. Hətta Sezar bir dəfə
demişdi: «Mən bilmirəm, bu cavan oğlan nə istəyir. Amma nə istəyirsə,
onu çox şiddətlə istəyir». Brut Sezarın tapşırıqlarını lazımınca yerinə
yetirirdi, amma içində bir qisas hissi vardı. Düzdü, Sezarın Brutun
anası Serviliyanı yoldan çıxarması Brutun əlinə əlavə arqumentlər
verdiyini də inkar etmək olar. Amma bütün bunlar ikinci dərəcəli idi.
Sezar böyük hakimiyyət toplamışdı. Brut hesab edirdi ki, ölkədə əsas söz
sahibi ayrıca bir şəxs yox, senatorlar olmalıdır. Belə bir mövqeyin
formalaşmasında atası öləndən sonra ona atalıq edən dayısı Katonun böyük
təsiri vardı.

Sezarın
hakimiyyəti çox da möhkəm deyildi. O, Senatı real siyasi gücdən məhrum
eləsə də, onun iqtisadi potensialına dəyməmişdi. Senatorlar çox iri
torpaq sahibləri idi. Sezar, demək olar ki, bütün iri pompeyçiləri
bağışlamışdı. Onlar formal şəkildə Sezarla barışsalar da, monarxiya ilə
barışmırdılar.

Çünki
ölkədə Sezarı ilahlaşdırmaq prosesi gedirdi. Ona and içmək hüquqi gücə
malik idi. Ziyarətgahlarda Sezarın adına qurban kəsirdilər…

Bu
vaxt Brutun həyatında mühüm bir hadisə baş verdi. O, arvadını boşayıb
dayısı Katonun qızı Porsiyə evləndi. Porsinin əri ölmüşdü. Dayısı isə
Sezarın qanlı düşməni idi. 44-cü ildə nəhayət, Kassi sui-qəsd planı
haqda Bruta məlumat verdi. Qəsdin rəhbəri Brut oldu. Sezar yenidən
yürüşə hazırlaşırdı. Zaman az idi. Plana görə Brutun qohumu
qladiatorlarla sui-qəsdçiləri qorumalı idi. Treboni küçədə Antonini
Sezardan ayırmalı, Brut isə Senatda qəsdin motivləri barədə çıxış etməli
idi… Amma Sezar gəlib çıxmırdı. Evdə arvadı pis yuxular gördüyünü,
ürəyinə nəsə damdığını demişdi. Falçılar da məsləhət görmürdülər. Sezar
iclası təxirə salmaq barədə göstəriş verdi. Bu vaxt Sezara yaxın olan,
amma qəsddə iştirak edən adamlardan biri ona məsləhət gördü ki,
söz-söhbətə son qoymaq üçün özü gedib çıxış etsin. Gözlənilən an
yaxınlaşırdı. Bu vaxt daha bir problem çıxdı. Brutun evindən pis xəbər
gəldi: arvadı can üstədir. Amma o, Senatı tərk etmədi… Nəhayət, Sezar
gəldi, əhatəyə alındı və ona iyirmi üç xəncər zərbəsi vuruldu. Onu
vuranların biri də Brut idi. Sezarın yeganə sözü sonralar dillər əzbəri
olacaqdı: "Brut, sən dəmi, mənim balam?!” Yunan filosofları tiran
Sezarın qətlini müsbət hadisə kimi qiymətləndirirdi. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!