İki alimin bir-birini səhv anlaması nəticəsində edilmiş mükəmməl kəşf

İki alimin bir-birini səhv anlaması nəticəsində edilmiş mükəmməl kəşf
Maraqlı məlumatlar
10.09.2017 10
Elm
dünyasının ən əhəmiyyətli kəşflərindən bəziləri sadəcə bəsit səhvlər
nəticəsində edilmişdir. Bu cür kəşflərdən biri haqqında maraqlı
məlumatları da bu gün sizinlə paylaşmaq qərarına gəldik.



1610-cu
ildə iki böyük alim dünyanın fərqli nöqtələrində yaşayırdı: Qalileo
İtaliyada, Kepler isə Praqada qalırdı. Həmin dövrdə Qalileo öz yaratdığı
teleskopla çox böyük həyəcan içində ixtiralar etməyə çalışırdı. İki
əhəmiyyətli kəşfdən sonra alim bu xəbərləri Kepler ilə bölüşmək istəyir.
Lakin, bu mesajı heç kimin başa düşməsini istəmədiyi üçün cümlələri
kodlaşdıraraq yazır. Bunu etmək üçün onun çox tutarlı səbəbləri var idi.
Kilsə artıq iki dəfə onu cəzalandırmışdı və daima nəzarət altında
saxlayırdı. Qalileo Kopernikin Günəş mərkəzli Kainat nəzəriyyəsinin
tərəfdarı idi, Kilsə isə Yeri mərkəz olaraq görür və buna qarşı
çıxanları çox qəddar üsullarla cəzalandırırdı. Həm də, Qalileo
kəşflərinin başqaları tərəfindən oğurlamasını da istəmirdi.

Qalileo
kodlaşdırmaq üçün mesajdakı sözlərin hərf sırasını dəyişərək,
anaqramlar yaradır və Keplerin şablonları dərhal görə bilmək bacarığına
etibar edir. Qalileonun bəhs etdiyi ilk kəşf bu idi: "smaismrmilmepoetaleumibunenugttauiras.” Anaqramı açdıqda isə bu sözlər alınır:"altissimum
planetam tergeminum observavi.” Yəni,”Ən yüksək planetin əslində üçəm
olduğunu müşahidə etdim,” – yazmışdı. Həmin vaxtlar ən yüksək planet
kimi tanınan Saturn idi, üçəm dediyi isə iki tərəfində çıxıntı kimi
gördüyü halqaları idi. Bir sözlə, əslində Qalileo Saturnun halqalarını
kəşf etmişdi.



Mesajda yazdığı digər kəşfi isə "cynthiae figuras aemulatur mater amorum” sözlərini "haec
immatura a me iam frustra leguntur oy” anaqramına çevirərək, başa
salmağa çalışmışdı. Bu isə bizim dilə tərcümədə "Veneranın də eynilə
Ayda olduğu kimi fazaları mövcuddur,” mənasındadır.

Bunlar
həqiqətən də çox böyük iki kəşf idi. Lakin, məsələnin ən maraqlı tərəfi
hələ bundan sonra başlayır. Belə ki, Kepler mesajı aldıqdan sonra
anaqramları səhv çevirir. İlk anaqramı "salve, umbistineum geminatum
martia proles” şəklində görərək, "Salam, Marsın iki peyki var,” kimi
başa düşür. Digər anaqramı isə "macula rufa in jove est gyratur mathem…”
şəklində çözərək, "Yupiterin üzərində riyazi orbitdə fırlanan nəhəng
bir qırmızı nöqtə var” mənasını çıxarır.



Bəli,
bəli! Marsın həqiqətən də iki peyki var! Lakin, bunu nə Qalileo, nə də
Kepler kəşf edə bilir. Onların arasında olan bu yazışmadan düz 267 il
sonra Asaph Hall tərəfindən
kəşf edilir. Qəribəsi odur ki, Yupiterdə nəhəng qırmızı nöqtənin olması
da həqiqətdir. Bu qırmızı nöqtə, içinə dünyanın sığa biləcəyi qədər
nəhəng bir fırtınadır. Heç vaxt bitmir və daima Yupiterin səthində
dolaşır. Ancaq bu da ilk dəfə 1665-ci ildə Robert Hooke tərəfindən
müşahidə edilmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!