Çox maraqlı proqnozlar: 2025-ci ildə dünya necə olacaq?

Çox maraqlı proqnozlar: 2025-ci ildə dünya necə olacaq?
Maraqlı məlumatlar
10.09.2017 13
Aviasiya mühəndisi Peter H. Diamandis,
həm də kosmik turizm sahəsində Space Adventures adlı ilk səyahət
şirkətinin qurucusudur. Bundan əlavə, onun kosmik sahədə onlarla
innovativ layihələri mövcuddur. Bütün bu təcrübələrinə əsaslanaraq,
Peter 9 il sonra, yəni 2025-ci ildə dünyanın necə olacağı barədə
proqnozlar hazırlayıb. Gəlin həmin proqnozlara birlikdə nəzər salaq.

 

Min dollara insan beyni

2025-ci
ildə saniyədə 10 min trilyon əməliyyat həyata keçirə bilən kompüter
yaradılacaq. Bu sürət insan beyninin məlumatı işləmə sürətinə
bərabərdir. Bu cür

aparatların qiyməti isə cəmi 1000 dollar olacaq.



Hər nöqtədə internet

"Hər
nöqtədə internet” qlobal iqtisadiyyatı yeni pilləyə qaldıracaq: coğrafi
sərhədlər əhəmiyyətini itirəcək və dünyanın müxtəlif hissələrindən olan
insanlar reallıqda olduğu qədər virtualda da məhsuldar iş görə
biləcəklər. "Hər nöqtədə internet” layihəsi çərçivəsində dünyada 100
milyard cihaz məlumatları toplamaqla məşğul olacaq.



Mükəmməl biliklər

Məlumat
bazalarının müxtəlif çeşidli və çox sayda olması nəticəsində biz
istədiyimiz yerdə istədiyimiz şeyi öyrənə biləcəyik. Dünya mükəmməl
biliklərə çatmaq yolunda irəliləyir.

 

Sıx əlaqədə olan 8 milyard insan

Facebook
(Internet.org), SpaceX, Google (Loon layihəsi), Qualcomm və Virgin
(OneWeb) dünyadakı hər insana qlobal bağlantı verməyi planlaşdırır ki,
bu bağlantının da bir saniyəsi bir meqabiti keçəcək qədər güclü
olmalıdır. 8 milyard insan ən son texnologiyalar vasitəsilə sıx əlaqədə
olacaq.



Tibb sahəsinin yenilənməsi

Mövcud
tibb müəssisələri məhvə doğru gedəcək və onlardan tamamilə fərqli və
qat-qat daha effektiv yeni müəssisələr yaradılacaq. Minlərlə
"start-up”lar, həmçinin də məlumat nəhəngləri (Google, Apple, Microsoft,
SAP, IBM və s.) yeni və daha gəlirli (3.8 trln dollar) biznes modellərə
keçid edəcəklər. Bu isə bürokratik klinika və xəstəxanaların sonu
deməkdir.

Biometrik
zondlama hər birimizi öz sağlamlığımızın sahibinə çevirəcək. Gen
mühəndisliyində olacaq inqilabi dəyişiklik və yeni aparatlar sayəsində
biz xərçəng xəstəliyinin, ürək və neyrogenerativ xəstəliklərin
öhdəsindən gələ biləcəyik. Robotlaşdırılmış cərrahlar cərrahiyyə
əməliyyatları həyata keçirəcək. Bu isə daha dəqiq və ucuz başa gələcək.
Hər birimiz ürək, ciyər və digər bizə lazım olan şeyləri "yetişdirə”
biləcəyik və ölənə qədər donor gözləməli olmayacağıq.



Artırılmış virtual reallıq

Facebook
(Oculus), Google  (Leap), Microsoft (Hololens), Sony, Qualcomm, HTC və
digər nəhənglər tərəfindən edilən milyonlarla sərmayələr boş yerə sərf
edilməyəcək. Öyrəşdiyimiz smartfon, kompüter və televizor ekranları yox
olacaq – onları eynəklər əvəz edəcək. Eynilə Google Glass kimi olmasa
da, buna bənzər bir şey olacağı güman edilir.



Robotlaşma

Bəşər
övladı süni intellekti inkişaf etdirməyə davam edəcək. Əgər siz Siri
kimi bir xidmətdən daha üstün bir şeyin olmayacağını düşünürsünüzsə,
yanılırsınız. 10 il sonra daha mükəmməl sistemlərlə qarşılaşacağıq. IBM
Watson, DeepMind və Vicarious çox güclü köməkçilərin yaradılması
üzərində işləyir. Bu köməkçilər bizim biometrik məlumatlarımızı
nüsxələyə, elektron poçtumuzu oxuya və danışıqlarımıza nəzarət edə
biləcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!