Sәn hәlә dә özünü bәdbәxt sayırsan?

Sәn hәlә dә özünü bәdbәxt sayırsan?
Maraqlı məlumatlar
10.09.2017 5
Belә
bir nikbin hәyat tәrzi vardır. Bu günlә yaşamaq. Ay dostlar, gәlin siz
dә, mәn qarışıq bir vәrәq götürәk. Orada sadalayacağım şeylәri yazaq vә
әmәl edәk. Əgәr sizdә müәyyәn bir vaxtdan sonra (әn azı 40 gün) hәr
hansı bir dәyişiklik olmasa, mәnә nә deyirsiniz, deyin. Proqramın adı
"Mәhz bu gün"-dür.



1.
Mәhz bu gün mәn xoşbәxt olacağam. Linkolnun sözü olmasın, insanlar
xoşbәxt olmaq üçün nә qәdәr qәrarlıdırlarsa, bir o qәdәr xoşbәxtdirlәr.
Xoşbәxtlik bizim içimizdәdir. Onu kәnarda axtarmaq lazım deyil.

2.
Bu gün mәn hәr şeyi olduğu kimi qәbul edәcәyәm. Yәni hәr şeyi öz arzu
vә istәklәrim әsasında olmasını kәnara qoyacam. Ailәmi, dostlarımı
olduqları kimi sevәcәyәm.

3.
Mәhz bu gün mәn sәhhәtimin qayğısına qalacağam. Sağlamlığım üçün
zәrәrli olan şeylәrdәn çәkinәcәk, bәdәnimә xәtrim istәdiyini qәbul
etdirmәyәcәyәm.

4.
Mәhz bu gün mәn ağlımın inkişafı üçün sәy göstәrәcәyәm. Nә isә faydalı
bir şey öyrәnәcәyәm. Ağlıma qarşı tәnbәllik etmәyәcәyәm.

5.
Mәhz bu gün mәn şәxsi inkişafım üçün çalışacağam. Bunun üçün dә üç iş
görәcәyəm: bir insana yaxşılıq edәcәm. Elә edәcәyəm ki, heç özü dә bunu
bilmәsin. Xәtrim istәmәdiyi, amma mәnim tәkamülüm üçün zәruri olan iki
şeyi hәyata keçirәcәyәm.

6.
Mәhz bu gün xeyirxah olmağa çalışacağam. Əynimә mәnә daha çox yaraşan
bir şey geyinәcәyәm. Sakit sәslә danışacağam. Özümü alicәnab kimi
aparacağam, insanların uğurlarına görә onları dәstәklәyәcәyәm.
Başqalarını az tәnqid edәcәyәm, insanlar üzәrindә rәhbәrlik etmәk
istәyindәn qaçacağam.

7. Mәhz bu gün mәn, yalnız bu günә görә yaşayacağam. Bu gün çalışmayacağam ki, hәyatımın bütün mәsәlәlәrini birdәn hәll edim.

8.
Mәhz bu gün işlәrimin proqramını tәrtib edәcәyәm. Ola bilәr ki,
hamısına riayәt edә bilmәyim. Amma onları tәrtib edәcәyәm. Çünki bu mәni
qәrarsızlıq vә tәlәskәnlikdәn qoruyacaq.

9. Mәhz bu gün yarım saatı tәklik vә sakitçilik içindә keçirәcәyәm.

10. Mәhz bu gün qorxmayacağam. Xoşbәxt olub әtrafdakı gözәllikdәn lәzzәt almaqdan qorxmayacağam.



Fәrid Abdullahскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!