Rusiya haqqında 18 fakt

Rusiya haqqında 18 fakt
Maraqlı məlumatlar
10.09.2017 14
1.
Hitler Sankt Peterburqu işğal edəcəyi halda, bunun şərəfinə keçirəcəyi
banketi məhz şəhərdəki "Astoriya” mehmanxanasında keçirməyi
planlaşdırırdı.

2.
Ölkənin ən böyük muzeyi olan və Sankt Peterburqda yerləşən "Ermitaj”
həm də 70-ə qədər pişiyin məskənidir. Bu ənənənin kökləri 1745-ci ilə
qədər gedib çıxır. Məhz həmin il şəhərin əsasını qoymuş Böyük Pyotrun
qızı imperatriça Yelizaveta bu barədə göstəriş vermişdi. Bundan əlavə,
muzeydə 22.5 km uzunluğunda mərmər dəhlizlər mövcuddur.

3.
Şənbə günü vətəndaşlar öz şəhərlərinin küçələrini təmizləməklə məşğul
olurlar. Bu ənənə inqilabdan sonra qoyulsa da, hələ də davam etməkdədir.

4.
"Qırmızı meydan” adının kommunizmlə heç bir əlaqəsi yoxdur. Qırmızı və
gözəl sözlərinin rus dilində oxşarlığından meydana gəlmişdir. (krasniy,
krasiviy)

5
"İnqilab Meydanı” adlı metrostansiyada itlə olan bürünc skulptura var.
Belə deyirlər ki, əgər onun burnuna toxunsanız, bəxtiniz gətirəcək. Ona
görə də itin burnu belə parıldayır və sürtülüb.

6.
Lakin bu Rusiya ərazisində olan yeganə it skulpturası deyil. Bundan
başqa, 1957-ci ildə kosmosa göndərilən kosmonavt it Layka üçün də abidə
qoyulub.

7.
Ruslar qarderobları çox sevir. Siz restoran, bar, muzey və ya
qalereyaya getmənizdən asılı olmayaraq, belə bir qarderobla
üzləşəcəksiniz. Ən maraqlısısa odur ki, bu qarderobların çoxunu nənələr
idarə edir.

8.
Gül hədiyyə etmək nəzakət əlaməti olaraq görülür. Lakin, gülləri
verməmişdən əvvəl əmin olun ki, sayları cüt deyil. Belə ki, cüt sayda
gülləri ancaq kimsə vəfat etdiyində gətirirlər.

9.
Sankt Peterburqda Petropavlovsk qalasının yanında dovşan heykəlciyi
var. 18-19-cu əsrlərdə adanı qismən su basanda ölmüş heyvanların
xatirəsi üçün qoyulmuş bu abidəyə qəpik ataraq, dəyə bilsəniz – bu sizə
uğur gətirəcək.

10. Şəhər kənarına çıxdıqda, maşınlar azalır, saç düzümləriysə get-gedə qəribələşir.

11.
Ruslar alkoqol istifadəsinə görə dünyada 4-cü yerdədirlər. Rusiyanı
Belarus, Moldova və Litva qabaqlayır. Rusca araq sözü su sözündən
yaranmışdır. («водка» – «вода»)

12. Moskva metrosu dünyanın ən gözəl metrolarından biridir.

13. Deyilənə görə, Rusiya həm də Metro-2 adlandırılan stansiyalara sahibdir ki, bu da hərbi bunkerləri bir-biriylə bişləşdirir.

14. Ruslar demək olar ki, hər şeyin tutmasını hazırlayırlar.

15.
Rusiyada tıxaclar o qədər böyükdür ki, bəzi ruslar süni təcili yardım
maşınlarıyla şəhərdə hərəkət etməyi çarə hesab edirlər.

16. Moskvanın Muzeon parkında sovet dövründən qalmış onlarla heykəl və başqa şeyləri görmək mümkündür.

17. Rusiya əhalisində kişi və qadın sayında böyük fərq var. Qadınların sayı təxminən 11 milyon nəfər çoxdur.

18. Müxtəlif araşdırmalar göstərir ki, rus polislərinin yarısından çoxu rüşvət alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!