Hər kəsin cavabını bilməli olduğu 13 məntiq sualı

Hər kəsin cavabını bilməli olduğu 13 məntiq sualı
Maraqlı məlumatlar
10.09.2017 12
Bildiyimiz
kimi, işə götürülərkən kampaniyalar namizəd üçün müəyyən standart
suallar hazırlayır. Lakin bəzi təşkilatlar əməkdaş seçərkən məsələyə
daha yaradıcı yanaşaraq, müsahibə zamanı bəzi tapşırıqlar verir. Məqsəd
müxtəlif ola bilər: namizədin intellektual səviyyəsini yoxlamaq, ekstrim
vəziyyətlərdə necə davrandığını görmək və ya sadəcə yumor hissini
qiymətləndirmək.



Beləliklə, emosional intellektinizi və stressə dözümlülüyünüzü sınaqdan keçirmək üçün Qadınlar.Biz topladığı
tapşırıqları sizlərə təqdim edir. Əlbəttə, bu suallarla qarşılaşmağınız
şərt deyil, lakin özünü sınamaq da pis ideya deyil. Başladıq!

1.
Kişi 17-ci mərtəbədə yaşayır. Lakin o evə ancaq iki halda qalxır:
yağışlı havada və ya liftdə qonşulardan biri olduqda. Əgər hava yaxşıdır
və o liftdə təkdirsə, 9-cu mərtəbəyə qədər qalxır, daha sonra
pilləkənlə 17-ci mərtəbəyə çıxır. Bunun səbəbi nədir?

Cavab: Bu kişinin boyu çox kiçik olduğundan, 17-ci mərtəbənin düyməsinə ancaq çətirlə basır və ya kimdənsə xahiş edir ki, o bassın. 

2. Əgər gecə saat 12-də yağış yağırsa, 72 saat sonra Günəş çıxacağını təxmin etmək olarmi?

Cavab: Xeyr, çünki 72 saatdan sonra yenə gecə olacaq və bu da o deməkdir ki, Günəşin çıxma ehtimalı yoxdur.

3.
Karandaşı döşəməyə qoyurlar və bir neçə nəfərdən onun üstündən
tullanmalarını istəyirlər. Lakin heç kəs bunu edə bilmir. Niyə?

Cavab: Çünki karandaş divara birləşik qoyulub.

4. Tennis topunu necə atmaq lazımdır ki, qayıdıb sizə tərəf gəlsin?

Cavab: Topu göyə atmaqla.

5. Qız bir yerdə əyləşib. Amma siz onun oturduğu yerə hətta oradan dursa belə əyləşə bilməzsiniz. Qiz harada oturub?

Cavab: Qız sizin qucağınızda oturub.

6.
Kişi gecə boyu yatağında eşələnib, heç cür yata bilmir. O telefonu
əlinə alıb kiminsə nömrəsinə zəng edir, bir neçə dəfə uzun zəmg səsini
eşitdikdən sonra telefonu yerinə qoyub rahat yuxulayır. Nə üçün bu vaxta
kimi o yata bilmirdi?

Cavab: Çünki telefon zəngindən sonra oyanan divar qonşusu bərkdən xoruldayırdı

7.
Otelin 7 mərtəbəsi var. 1-ci mərtəbədə 4 nəfər, hər növbəti mərtəbədə
isə əvvəlkindən 2 nəfər artıq qonaq yerləşib. Hansı mərtəbədə ən çox
liftdən istifadə edilir?

Cavab: 1-ci mərtəbədə.

8.
Nike Şirkəti istehsalatda külli miqdarda idman ayaqqabısı oğurluğuyla
qarşılaşır. Lakin problemi elə bir yolla həll edir ki, oğurluq tamamilə
aradan qalxır, üstəlik, mühafizəyə də əlavə pul xərclənilmədən. Bu necə
baş verir?

Cavab: Şirkət əlavə daha bir zavod tikir və bu zavodlarda ayaqqabıların sol və sağ tayını ayrılıqda istehsal etməyə başlayır.

9. Hansı halda biz 2 rəqəminə baxaraq "10” deyə bilərik?

Cavab: Saata baxanda.

10.
George Washington, Sherlock Holmes, William Shakespeare, Ludwig Van
Beethoven, Napoleon Bonaparte – bunlardan hansı biri digərlərindən köklü
şəkildə fərqlənir?

Cavab: Sherlock Holmes – xəyali personajdır.

11.
Uşaq xəstəxanasında azyaşlı uşaqlar orada olan yumşaq ayıcıqlarla
oynamağı çox xoşlayırdılar. Hətta o qədər xoşlarına gəlirdi ki, evlərinə
aparırdılar. Rəhbərlik bu məsələni necə həll etdi?

Cavab: Bütün oyuncaqlara sarğı əlavə elədilər və balacalara dedilər ki, sağalmaq üçün ayıcıqlar xəstəxanada qalmalıdırlar.

12.
Kinoteatrda problem çıxır. Tamaşaçılar narazı idilər ki, xanımlar film
zamanı həmin dövrün dəbli şapkalarını başlarından çıxartmırlar və
şapkalar ekranın bir hissəsini görməyə icazə vermir. Administrasiya bu
halda hansı ən uyğun və qənaətli üsulla problemi həll edə bilər?

Cavab: Kinoteatrda elan yapışdırılır: "Xahiş olunur, film zamani şapkalarınızı çıxardasınız. Yaşlı xanımlara şamil olunmur.”

13.
Alimin kitab şkafının bir rəfində 2 kitab var. 1-ci kitab 2-cinin
solunda və düz yanında yerləşir. 1-ci kitab 230, 2-ci kitab 325
səhifədən ibarətdir. 1-ci kitabın ilk səhifəsi və 2-ci kitabın son
sahifəsi arasında cəmi neçə səhifə var?

Cavab: bu səhifələr arasında yalnız kitabların üz qabıqları var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!