Nöqtə masajı: Bu nöqtəyə basanda nə baş verir?

Nöqtə masajı: Bu nöqtəyə basanda nə baş verir?
Maraqlı məlumatlar
10.09.2017 16
Bəzən
sakitliyini qoruyub saxlamaq necə də çətin olur. Ətrafında stressli
situasiyalar olduqda isə, bu xüsusilə çətinləşir. İşdəki problemlər,
yaxınlarımızın bizi başa düşmək istəməməsi, vaxt çatışmazlığı və bu kimi
bir çox digər səbəblərdən daxili həyəcan keçiririk. Bəzən isə hər
kəsdən və hər şeydən uzaqlaşıb, bir yerdə gizlənmək istəyirik. Lakin
tələsmək lazım deyil, sadəcə özün üçün bir az vaxt ayır və öz masajınla
məşğul ol.



Artıq
çoxdan sirr deyil ki, bu və ya digər "nöqtələr”in masajı vasitəsiylə
bir çox xoş olmayan hisslərdən azad olmaq mümkündür. Bədəndəki bəzi
"düymə”lərə basaraq, siz yorğunluğunuzu və narahatlığınızı aradan
qaldıra bilərsiniz. Heç bir kimyəvi sakitləşdirici dərman bu əsrlərlə
sınanmış nöqtələrin masajı texnikasını əvəz edə bilməz!

Stressdən yaxa qurtarmaq üçün nöqtələrin masajı


Əgər çox yolulmusan və rahatlaya bilmirsənsə, kəllə sümüyünün
gözlərinin altındakı hissəsini barmağınla bas və 10 saniyə saxla.


Başqalarının mühakimələri qarşısında daima qorxu hissi keçirməkdən
yorulmusan? Otur, rahatlaş və şəhadət barmağınla burnunun altındakı
nöqtəyə bas. 20 saniyədən sonra sən özünü olduqca rahat hiss etməyə
başlayacaqsan.


Əgər siz yuxusuzluqdan, nevrozdan, müxtəlif səbəblərdən olan baş
ağrısından, miqrendən əziyyət çəkirsinizsə, kəllənizin mərkəzində
yerləşən nöqtənin masajı sizi bu ağrılardan xilas edəcək. Əbəs yerə
deyil ki, qədim loğmanlar bu nöqtəni masaj edin.


Barmaqlarınızın ucunu gözlərinizin altındakə əzələnin yuxarı nöqtəsinə
yerləşdirin. Yuxarı nöqtədən aşağı doğru masaj etməyə başlayın.

– Stress zamanı qulaqlardakı üst nöqtələrin masajı da çox xeyirlidir.

– Budur, həmin nöqtə – Ney-quan. Bu ən məşhur masaj nöqtəsidir. Siz bu nöqtəni masaj etməklə daxili narahatlıqlarından xilas ola bilərsiniz.



Gün
ərzində özünüzə müəyyən qədər vaxt ayırın və antistress nöqtələrini
masaj edin. Bu sizin psixoloji və fiziki sağlamlığınız üçün olduqca
əhəmiyyətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!