Xoşbəxtliyə aparan 10 sadə addım

Xoşbəxtliyə aparan 10 sadə addım
Maraqlı məlumatlar
10.09.2017 18
Xoşbəxt olmaq üçün ömür boyu əlləşməyə ehtiyac yoxdur



Onca
dəqiqəyə xoşbəxt olmaq istəyənlərin nəzərinə. Artıq xoşbəxt olmaq üçün
ömür boyu əlləşməyə ehtiyac yoxdur. Sadəcə, 10 dəqiqə!



1.
1 dəqiqə gülün. 60 saniyə ancaq qəhqəhə ilə gülmək stressi azaldan
endorfin hormonunun ifraz miqdarını artırır və əzələləri rahatladır.
Gülmək qan şəkərini də tənzimləyir.



2.
Təşəkkür edin. Sadəcə iki kəlməni birləşdirib, "Təşəkkür edirəm”
deməyiniz nəyə desəniz, dəyər. Həyatınızda böyük bir dəyişiklik yarada
biləcək təşəkkür etmək, araşdırmaya görə, immunitet sistemini
gücləndirir.



3.
3 dəqiqədə bişmiş yumurta yeyin. Yumurta beyin funksiyalarını
nizamlayan B vitamini tərkiblidir. Yumurtanın da daxil olduğu səhər
yeməyi ən sağlıqlı səhər yeməklərindən hesab edilir. Protein dəyəri
yüksək olan yumurta insanı uzun müddət tox tutur və günə gümrah
başlamağa kömək edər. Bu, hipoqlisemiya xəstəliyi olan insanlar üçün də
faydalıdır.



4.
4 dəqiqə dərin-dərin nəfəs alın. Burnunuzdan nəfəs alıb ağzınızdan
verin. Bu zaman ürəyinizdə "rahatam” sözlərini təkrarlayın.



5.
Qısa müddətli gəzintiyə çıxın. Sadəcə 5 dəqiqə gəzmək maddələr
mübadiləsini yeniləyir. İş yerinizdə belə 5 dəqiqə piyada gəzə
bilərsiniz.



6.
6 dəqiqə pilləkənləri çıxın. Bəzi insanlar yalnız masa ətrafında iş
görəndə bel və onurğa ağrılarından şikayətlənirlər. Maddələr mübadiləsi
problemi yaşayırlar. Buna görə gündə 6 dəqiqə pilləkən çıxmaq ildə
təxminən 2 kilo çəki azalmasına kömək edir.



7. Etiketləri oxuyun. Alış-veriş edərkən etiketləri oxuyanlar sağlam qidalanırlar.



8.
Sağlığınıza 8 dəqiqə vaxt ayırın. İşiniz çox olduğu üçün səhhətinizin
qayğısına qala bilmirsiniz? Sağlamlığınız üçün həkim yanına gedin.



9.
Günorta yeməyinizi özünüz hazırlayın. Evdə hazırladığınız sendviç belə,
küçədə hazırlanan bütün yeməklərdən sağlıqlı ola bilər.



10.
10 dəqiqə mürgüləyin. Əsnəməkdə bir problem yoxdur, xüsusən nahardan
sonra insana hər zaman yorğunluq çökür. İş yerində imkan tapırsınızsa,
ən az 10 dəqiqə yatmaq hafizəni yeniləyir, yaradıcılığı guclendirirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!