Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır

Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır
Maraqlı məlumatlar
10.09.2017 66
1. Qocalıq qarın yağması kimi qəfildən gəlir: səhər durub görürsən ki, dörd bir tərəf ağa bürünüb.

2. Elm, bilik o qədər böyük həzz mənbəyidir ki, o, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını unutdura bilər.

3.
Təhsilli insanlar hər şeydən əvvəl ədalətə dəyər verir. Təhsilli
insanlar ədalət olmadan cəsarət sahibi olursa, üsyankar olurlar. Cahil
insanlar ədalət olmadan cəsarət sahibi olursa, quldur olurlar.

4. Heç vaxt insanların ümidləriylə oynama, bəlkə də tək sahib olduqları şey odur.

5. Bildiyini bilənin arxasınca gedin, bildiyini bilməyəni oyandırın, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın.

6.
Köhnə məlumatlardan bəhrələnərək yeni məlumatlar əldə etmək
təlim-tərbiyənin təməlidir. Bu işi bacaran insan müəllim sayıla bilər.

7. Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin.

8. Qadınların düşündüyünü, adətən, kişilər həyata keçirirlər.

9.
Danışarkən üç şeyə diqqət yetirmək lazımdır: başqası danışanda sözünü
kəsməmək, danışmaq növbəsi çatanda susmamaq, danışarkən əl-qol atmamaq.

10.
Ağılla hərəkət etmək üçün insanın üç yolu var: birinci ən nəcib yol –
düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən əzablı yol – təcrübədir.

11. Güclü olan, zəif yanını hər kəsdən yaxşı biləndir; daha güclü olan isə zəif yanına hökm edə biləndir.

12. Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır.

13. Heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində çıxmamışdır.

14. Lovğalıq insanın bütün yaxşı xüsusiyyətlərini məhv edir.

15. Müdrik adam özünə rəva görmədiyi şeyi başqasına da rəva görməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!