Yumşaq ol, itaətkar deyil, möhkəm ol, qəddar deyil

Yumşaq ol, itaətkar deyil, möhkəm ol, qəddar deyil
Maraqlı məlumatlar
10.09.2017 34
1. Əgər sizi tənqid edirlərsə, deməli siz hər şeyi düzgün edirsiniz. Çünki, insanlar beyni olan hər kəsə hücum etməyi sevir.

2. Su kimi hərəkət et. Şüşə kimi donub dayanmağı öyrən. Əks-səda kimi cavab ver.

3.
Əsl dostlar almaz kimidir – çox qiymətlidirlər və sayları çox azdır.
Yalançı dostlar isə payız yarpaqları kimidir – onlar hər yerdədirlər.

4. Həqiqətin yolu yoxdur. Həqiqət yaşayır, deməli o həm də dəyişkəndir.

5. Nə qədər yavaş hərəkət etməyinin əhəmiyyəti yoxdur, əsas odur ki, yerində dayanmırsan.

6. Əgər sizin səhvinizi etiraf etmək cəsarətiniz varsa, bu səhvlərə görə sizi hər zaman bağışlamaq mümkündür.

7. Yumşaq ol, itaətkar deyil. Möhkəm ol, qəddar deyil.

8.
Bütün böyük ustadları bir otaqda toplayın və onlar dünyadakı hər şey
barəsində razılığa gələcəklər. Onların şagirdlərini bir otağa yığın və
onlar dünyadakı hər şey barəsində mübahisə edəcəklər.

9. Nəsnələrə nə qədər çox qiymət veririksə, özümüzə bir o qədər az dəyər veririk.

10. Biliklər kifayət deyil, sən onları həm də tətbiq etməlisən. Arzulamaq kifayət deyil, həm də hərəkət etməlisən.

11.
Düşünmə, hiss et! Bu Aya barmaqla işarə etmək kimidir. Diqqətini
barmağına cəmləndirsən, möhtəşəm gözəlliyi gözdən qaçıracaqsan.

12. Həyatımızdakı günlər arzularla dolmayıbsa, həyat da bir göz qırpımı qədər ani olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!