Həyat röyadır, oyanmaq bizi öldürür

Həyat röyadır, oyanmaq bizi öldürür
Maraqlı məlumatlar
10.09.2017 15
İngilis
yazıçısı Virciniya Vulf modernizmin qurucularından sayılır. Onun
əsərlərində feminist baxış geniş şəkildə təzahür edib. Vulf  tez-tez
qadın haqları, sinfi fərqlər, sevgi, mübarizə, azadlıq kimi məsələlərə
toxunub. O, insan taleyini yumoristik, amma həssas bir dillə ifadə edib.

 

*Başımı
pəncərədən içəri çəkərkən zehnin çox sirli bir orqan olduğunu düşündüm.
Ona çox güvənirik, amma haqqında heç nə bilmirik.

 

*Sevmək insanı yalnızlaşdırır.

 

*Həyata necə başlayırsan, başla sonda əlində qürur və axmaqlıq qalır. Halbuki həyatdan nələr istəmişdik…

 

*Bir xəyalı öldürmək, bir həqiqəti öldürməkdən daha çətindir.

 

*Zərəri yoxdur, xəyal qırıqlığı məni cilovlayan ən yaxşı müalicədir.

 

*Pul qazanın. Özünüzə aid bir otaq və boş vaxt yaradın. Ən əsası yazın. "Kişilər nə düşünər?” deyə fikirləşmədən yazın!

 

*Həyat röyadır, oyanmaq bizi öldürür.

 

*Nə qədər az görsək, o qədər çox inanarıq.

 

*Belə
bir dünyaya necə uşaq gətirmək olar? Nə haqla əziyyəti çoxaldırıq? Uzun
müddətli sevgilərin olmadığı, zəif duyğuların ardınca oradan-buraya
sürünən bu zövq düşkünü heyvanların soyunu hansı haqla davam etdiririk?

 

*Başqalarının gözləri bizim zindanlarımızdır; başqalarının düşüncələri bizim qəfəslərimizdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!