1 aprelin tarixi və ən məşhur zarafatları

1 aprelin tarixi və ən məşhur zarafatları
Maraqlı məlumatlar
10.09.2017 10
Teleradiokorporasiyada
işləyən gənc aparıcı Kris Morrisin təşkil etdiyi kələk onun işsiz
qalması ilə nəticələndi. 1987-ci ildə Kris BBC-nin Bristol studiyasına
canlı veriliş gedə-gedə helium qazı buraxdı.



Onun həmkarı ciddi xəbərləri oxuyarkən səsi getdikcə nazilməyə başladı
və tamaşaçıların uğunub özlərindən getməsinə və Krisin işsizlər ordusuna
qoşulmasına səbəb oldu.



1957-ci ildə BBC-nin Panorama verilişi tamaşaçılar sensasiyalı bir
məlumat yaydı. İsveçrənin Tiçino rayonunun tarlalarında ilk dəfə
ağaclarda hazır makaron yetişdirmək mümkün olub. Tanınmış aparıcı Riçard
Dimblbi özünün ciddi jurnalist təhqiqatları ilə ad çıxardığından çox
adamda bu xəbərin həqiqiliyinə şübhə qalmadı.



Kadrlarda qadınlar ağaclardan spaggetiləri dərir və günəşin altında
qurudurdular. Bəzi tamaşaçılar dərhal studiyaya zəng edərək bu ekzotik
malın nə zaman idxal olunacağını xəbər almağa başladılar. Digərləri isə
BBC-nin belə kələklərə baş vurmasından qəzəb ifadə etdilər.



1976-cı ildə astronom Patrik Moor BBC Radiosunun 2-ci kanalına
müsahibədə xəbər verib ki, aprelin 1-i, səhər saat 9.47-də Pluton
planeti Yupiterlə eyni xətdə olaraq Yer kürəsinin cazibə qüvvəsini
azaldacaq.



Həmin anda adamlar tullansalar uça biləcəklər. BBC-ə minlərlə zəng
gəldi və hətta bir qadın həqiqətən otaqda pərvaz edə bildiyini xəbər
verdi.



1986-cı ildə Fransada dərc olunan Le Parisien qəzeti élan etdi ki,
Eyfel qülləsi Parisin Disneylənd əyləncə parkına köçürüləcək. Qustav
Eyfelin ucaltdığı mühəndislik şedevri 100 ildən çox idi ki Fransa
paytaxtının rəmzi hesab edilirdi.



Qəzet yazmışdı ki, Eyfelin yerində yeni stadion inşa olunacaq. Bu xəbər
Fransada kəskin etirazlara və sonradan böyük sayda sifətin utandığından
qızarmasına səbəb oldu.



1 aprel 1978-ci ildə Sidneyin körfəzinə minlərlə adam toplaşmışdı.
Onlar tanınmış biznesmen Dik Smitin Antarktikadan buksirlə çəkib
gətirdiyi aysberqin gəlməsini gözləyirdilər. Aysberq gəldi, amma o
buzdan deyil, ağ plastmas və köpükdən düzəldilmişdi.



1962-ci ildə İsveçdə cəmi bir telekanal vardı. Və bu telekanalda
aprelin 1-də peyda olan bir alim ciddi surətdə tamaşaçılara dedi ki,
əgər onlar bir cüt qadın corabını ağ-qara rəngli televizorun üstünə
keçirsələr, o zaman möcüzəvi surətdə ekran rəngli olacaq. Minlərə adam
buna əməl etdi və məyus oldu. Rəngli televizor İsveçə 1970-ci il aprelin
1-də gəldi.



1992-ci ildə Amerikanın sabiq prezidenti, Uoterqeyt qalmaqalı
nəticəsində impiçment edilmiş Riçard Nikson yenidən prezident
kampaniyasına qatılacağını bəyan etdi. Özü də "mən heç zaman səhv addım
atmamışam və atmayacağam” devizi altında.



Əslində Niksonun bundan xəbəri yox idi. Bunu onun yerinə radio
kanallardan birində efirə çıxan və sabiq prezidentin səsini düzgün
yamsılayan bir komediya ustası demişdi. Lakin yüzlərlə adam zəng edərək
Niksona səs verməyəcəklərini bəyan etdi.



1975-ci ildə Avstraliyanın "This Day Tonight" teleproqramı élan etdi
ki, sabahdan bütün ölkə total metrik sistemə keçərək. Beləki, dəqiqədə
100 saniyə, saatda 100 dəqiqə və sutkada 20 saat olacaq. Bunun kələk
olduğu üzə çıxanda adamlar heç də zarafat anlayacaq halda deyildilər.



1998-ci ildə Makdonaldsın əbədi rəqibi "Burger King" restoran şəbəkəsi
solaxaylar üçün burger bişirəcəyini vəd etdi. Tam ciddi şəkildə
deyilirdi ki, şirkət 32 milyon solaxay amerikalının ehtiyaclarına biganə
qala bilməz.



Bu burgerin tərkibi eyni olacaq, amma içindəkilər 180 dərəcəlik bucaq
altında əks tərəfə doldurulacaqlar ki, solaxaylara kömək olsun. Buna
inanmış solaxaylar Burger Kingə gedərək bu yeni təamdan dadmaq
istədilər.



1940-cı ildə Filadelfiyada yerləşən bir radio günorta saat 3-də
dünyanın sonunun gələcəyini xəbər verdi. Üstəlik xəbərdarlıq etdi ki, bu
1 aprel zarafatı deyil. Dünya hələ də dağılmayıb və deməli əslində
zarafat imiş.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!